CƏMİYYƏT
Xəzər rayonunda Novruz bayramı ərəfəsində şəhid məzarları ziyarət edilib







Bakı, 18 mart, AZƏRTAC
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda şəhid ailələri tez-tez ziyarət edilir, onlara daim diqqət və qayğı ilə yanaşılır və şəhid ailələrinin qayğıları ilə maraqlanır, mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı və müavinləri tərəfindən Novruz bayramı ərəfəsində şəhid məzarları ziyarət edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad olunub.
Həmçinin Xəzər Rayon İcra Hakimiyyətinin gənc könüllüləri tərəfindən şəhid ailələrinə bayram sovqatları paylanılıb.
Keçirilən görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd edilib, şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanılıb.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.