Gənclər Fondunun dəstəyi ilə yeni layihəyə başlanılır
AzerTAg.az

Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Gənclər Fondu və "İrəli" İctimai Birliyinin dəstəyi, "ARB Media Qrup"un tərəfdaşlığı ilə "Ağıllı Qarabağı tanıyaq" layihəsinə start verilir.
"İrəli" İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin "Ağıllı şəhər", "Ağıllı kənď" konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, Böyük Qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.
Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar "Ağıllı şəhər" və onun əsas komponentləri, bu sahədə dünya praktikası, "Ağıllı şəhər" və "Ağıllı kənd"lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tətbiq olunan "Ağıllı kənd" konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır-2022" Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.
Xəbərin mətnində orfoqrafik səhv var