CƏMİYYƏT


İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti

İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti

Bakı, 23 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti istirahət günlərində regionlarda gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Qəbələdə hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 17-19° isti olacaq.

Şəkidə hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 8-10°, gündüz 16-18° isti olacağı proqnozlaşdırılır.

İsmayıllıda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 15-18° isti olacağı bildirilir.

Şahdağda (Qusar) hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 2-5° isti olacağı ehtimal edilir.

Lənkəranda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 17-19° isti olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.