DÜNYA


Rusiya XİN: Avropa Şurasına qayıtmayacağıq

Rusiya XİN: Avropa Şurasına qayıtmayacağıq

Bakı, 24 mart, AZƏRTAC

Rusiya son bir ildə əmin oldu ki, Avropa Şurasından (AŞ) çıxmaq düzgün qərardır və bu təşkilata qayıtmayacağıq.

AZƏRTAC xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets deyib.

“Son bir il ərzində biz seçimin düzgünlüyünə əmin olduq. Strasburqla "ayrılmağımız" şıltaqlıq deyil, bir neçə il ərzində hasil olmuş yaxşı düşünülmüş qərardır. İndiki Şura heç də 1996-cı ildə qoşulduğumuz təşkilat deyil... İkili standartlar, ikiüzlülük və rusofobiya onun xarakterik əlamətlərinə çevrilib”, - deyə o bildirib.

Kobrinets qeyd edib ki, Avropa Şurasının Xartiyasında bəyan edilən birləşdirici prinsiplər və demokratik ideallar blok maraqlarına qurban verilib. Onun sözlərinə görə, Qərb təşkilatı özünün ideoloji əlavəsinə çevirib və ondan Rusiyaya təzyiq göstərmək üçün istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.