DÜNYA


ABŞ-də ələ keçirilən 12 tarixi əsər Antalyaya gətirilib

ABŞ-də ələ keçirilən 12 tarixi əsər Antalyaya gətirilib

Bakı, 25 mart, AZƏRTAC

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ABŞ-də aşkarlanan və məhkəmə qərarı ilə Türkiyəyə qaytarılan Anadoluya aid 12 tarixi əsər Antalyaya gətirilib.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə Türkiyəyə qaytarılan və iki gün əvvəl Nyu-York Baş Konsulluğuna təhvil verilmiş tarixi əsərlər THY Karqo təyyarəsi ilə Antalya Hava Limanına endirilib. Əsərlər daha sonra Antalya Muzeyinə gətirilib.

Türkiyənin Burdur, Konya, Şanlıurfa, Çanaqqala, Manisa və Antalya bölgələrinə aid 12 dəyərli tarixi əsər martın 31-dən etibarən sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.