ELM VƏ TƏHSİL


“Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı təşkil olunacaq

“Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı təşkil olunacaq

Bakı, 25 mart, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfransda iştirak etmək istəyən alim və gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrin xülasələrini (400-500 söz həcmində) aprelin 5-dək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Görkəmli ədəbiyyatşünas, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan respublika elmi konfransı aprelin 18-dən 19-dək keçiriləcək.

Təşkilat komitəsi ilə əlaqə: Telefon: 012 539 02 12; 012 539 03 73, E-mail: [email protected]

Ünvan: Z.Xəlilov küçəsi 23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.