MƏDƏNİYYƏT


“Sevil” operası yenidən səhnədə

“Sevil” operası yenidən səhnədə

Bakı, 25 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Sevil obrazını teatrın solisti Fatimə Cəfərzadə canlandıracaq.

Operada digər əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, Səbinə Vahabzadə, teatrımızın solistləri Atəş Qarayev, Mahir Tağızadə, Fəhmin Əhmədli, Esmira Məmmədova, Sadiq Məlikov və Nəzər Bəylərov ifa edəcəklər.

Əsər qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət onların geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.