SİYASƏT


Brüsseldə İran rejimindən “Azadlıq! Ədalət! Milli hökumət” tələb edilib

Brüsseldə İran rejimindən “Azadlıq! Ədalət! Milli hökumət” tələb edilib

Brüssel, 25 mart, AZƏRTAC

Martın 25-də Belçikanın paytaxtında, Avropa Parlamentinin binası qarşısında “Azadlıq və ədalət marşı” şüarı ilə mitinq keçirilib. İzdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Onlar Fransa, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələri, Benilüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” idi.

Mitinqdə onlarca Cənubi Azərbaycan türkü çıxış edərək, İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb ediblər.

Yerli və xarici mediadan olan jurnalistlər mitinqi işıqlandırıblar.

Sonda bəyanat səsləndirilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.