İDMAN


Canni De Byazi: İnkişaf etmək üçün İsveç ilə oyundan dərs çıxarmalıyıq

Canni De Byazi: İnkişaf etmək üçün İsveç ilə oyundan dərs çıxarmalıyıq

Bakı, 28 mart, AZƏRTAC

İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci qoladək oyunda qaldıq.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində səfərdə İsveç millisi ilə qarşılaşan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə. Ən əsası 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxarmalıyıq. Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur.

Qeyd edək ki, Stokholm şəhərindəki “Friends Arena”da oynanılan matçda Azərbaycan yığması rəqibinə 0:5 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.