DÜNYA


Danimarka terror qrupları tərəfindən təhdid altındadır

Danimarka terror qrupları tərəfindən təhdid altındadır

Stokholm, 29 mart, Rauf Əliyev, AZƏRTAC

Danimarka terror qrupları tərəfindən təhdid altında olmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik və kəşfiyyat xidməti PET-in yaydığı yeni hesabatda bildirilib.

PET-in məlumatına görə, keçən il krallıqda terrorla bağlı səkkiz cinayət işi ilə bağlı məhkəmə tərəfindən hökm oxunub. Digər hallar ilə yanaşı, 35 yaşlı kişi terrorizmə cəhd və terrorizmi maliyyələşdirməyə görə - 16 il həbs cəzasına məhkum edilib. Ötən ilin iyun ayında isə iki gənc İslam Dövləti terror təşkilatının tərəfdarı, terror aktı törətmək üçün bomba hazırlamağa cəhd etdikləri üçün hər biri 12,5 il həbs cəzasına məhkum edilib. Bununla da terrorçuluq tərəfdarlarının hələ də krallığa qarşı hücum həyata keçirmək üçün səy göstərmələri məlum olur.

PET hesab edir ki, İslam Dövləti və Əl-Qaidə kimi böyük terror təşkilatları ümumi mövqelərini itirsələr də, qrupların özləri yoxa çıxmayıb. Beləliklə, də islam adı ilə terrorçuluqla məşğul olanlar Danimarka üçün ən ciddi terror təhlükəsi yaratmaqda davam etdirir.

Ümumilikdə qurumun ekspertləri qeyd edir ki, Danimarkaya qarşı təhdidlərin sayı ötən ildən artmayıb. Bununla belə, mövcud təhlükəsizlik təhdidləri hələ də ciddi olaraq qiymətləndirilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.