MƏDƏNİYYƏT
Bakıda Rusiya teatrının qastrolları olacaq
Bakı, 29 mart, AZƏRTAC
İyulun 1-dən 9-dək “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda Vladivostokdan Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrının qastrolları olacaq (Primorsk vilayəti, Rusiya).
Uzaq Şərqin klassik rus psixoloji teatrının ənənələrini qoruyub saxlayan orijinal və parlaq qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrının səhnəsində ilk dəfə olaraq ən gözəl tamaşalarını - “Master və Marqarita” (12+), “Anma duası” (12+), “İvanov” (12+), “Edit və onun şeytanları” (12+), “Nə yardan doyur, nə əldən qoyur,” (12+), “Kreyserlər” (12+) nümayiş etdirəcək. AZƏRTAC bu barədə Rus Dram Teatrının saytına istinadla xəbər verir.
Biletləri şəhərin kassalarında, eləcə də iticket.az saytında onlayn əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2024 [18:43]
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 09.09.2024 [18:19]
Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir
- 09.09.2024 [16:12]
Rəşad Məcidin 60 illiyinə həsr edilmiş kitab çap olunub
- 09.09.2024 [15:17]
Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
- 09.09.2024 [14:39]
“Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 09.09.2024 [13:48]
Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq
- 09.09.2024 [12:42]
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
- 09.09.2024 [12:21]