SİYASƏT


Ceyhun Bayramov: Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir

Ceyhun Bayramov: Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir

Təl-Əviv, 29 mart, AZƏRTAC

Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işləri naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir. “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”, - deyə o bildirib.

Nazir İsraillə iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrin icrasının davam etdiyini söyləyib. Deyib ki, ötən il ticarət dövriyyəsi 85 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.