İQTİSADİYYAT


SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini artırıb

SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini artırıb

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Qeyd edək ki, mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin sürəti saniyədə 18-23 metrə, dənizdə isə saniyədə 30-35 metrə qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonra isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.