REGİONLAR


Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 7 nəfər saxlanılıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 7 nəfər saxlanılıb

Şirvan, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC

Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı 7 nəfər saxlanılıb.

Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı C.Qurbanovdan 440 qram, E.Hacıyevdən 475 qram, Z.Abbasovdan 440 qram, M.Hüseynovdan 450 qram, M.Ağamidən 470 qram, M.Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan H.Ələkbərovdan üzərinə keçirilən baxış zamanı isə 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə, davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi daha 800 qramdan heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.