İDMAN


Qadın güləşçilərimiz Avropa çempionatına Polşada hazırlaşırlar

Qadın güləşçilərimiz Avropa çempionatına Polşada hazırlaşırlar

Bakı, 31 mart, AZƏRTAC

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandaları ilə birgə təlim-məşq toplanışı keçir.

Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edirlər.

Qeyd edək ki, taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.