İQTİSADİYYAT


Cari ilin iki ayında ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə birinciliyə yüksəlib

Cari ilin iki ayında ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə birinciliyə yüksəlib

Bakı, 31 mart, AZƏRTAC

Cari ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac İcmalı”nın mart sayına istinadla bildirir ki, bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (40,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (14 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,5 milyon ABŞ dolları) üçüncü olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına isə 19 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Bu ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.