CƏMİYYƏT


Kök hüceyrə terapiyası iflic olan heyvanların müalicəsində 70 faiz müsbət nəticə verir

Bakı, 31 mart, AZƏRTAC

Zədələnmiş toxuma və orqanların bərpasını təmin edən kök hüceyrələr iflic, orqan çatışmazlığı, yara, yanıq və sınıq kimi sağlamlıq problemləri olan insanların tez sağalmasını təmin edir. Bədəndəki bütün toxuma və orqanların quruluşunu meydana gətirən kök hüceyrələr, lazım olan hüceyrə növünə çevrilərək, xəstəliklər və yaralanmalar nəticəsində yaranan orqan və toxuma zədələrini bərpa edir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, texnologiya və tibb elminin inkişafı ilə birlikdə son illərdə sümük iliyindən və ya yağ toxumasından alına bilən, bir sıra xəstəliyin müalicəsində istifadə edilən kök hüceyrələr, pişiklər, itlər, atlar, eləcə də insanlarda müalicəsi çətin olan bir çox xəstəliyin çarəsi rolunu oynayır.

Heyvanlarda müxtəlif göz, oynaq, qaraciyər, böyrək, ürək, dəri, iltihablı bağırsaq xəstəlikləri, sağalmayan yaralar, yanıq, sınıqlar, artroz, əzələ və onurğa beyninin zədələnməsi nəticəsində yaranan ifliclərin müalicəsində kök hüceyrə üsuluna üstünlük verilə bilər.

Baytar cərrahı dosent Cem Perk ilk dəfə kök hüceyrə terapiyasını küçədə tapılan və travma sonrası nevroloji disfunksiya diaqnozu qoyulan 1,5 yaşlı pişiyə tətbiq edərək nümayiş etdirib. Soyuq zəncirlə gətirilən kök hüceyrəni lokal anesteziya altında pişiyə yeridən baytar tibdə son dövrlər uğurla tətbiq edilən müalicənin baytarlıq sahəsində müasir müalicə variantları arasında yer aldığını bildirib. Sürətli müalicəni təmin edən kök hüceyrənin tətbiqlərdə uğurlu nəticələr verdiyini ifadə edən baytarın sözlərinə görə, bu üsuldan sonra ortopedik, nevroloji və iflic kimi xəstəliklərin təsirli bir müalicəsi meydana gəlib.

İnsult və nevroloji disfunksiyalarda sinirin keçdiyi bölgəyə çox yaxın yeridilən kök hüceyrə bir müddət sonra sinir regenerasiyasını təşviq edir. İflic zamanı 2-3 həftə ara ilə minimum 2 dəfə tətbiq olunur. Kök hüceyrə terapiyası səbəbindən iflic olan heyvanların müalicəsində 60-70 faiz müvəffəqiyyət əldə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.