DÜNYA


Müqəddəs Taxt-Tacın sözçüsü: Papa Fransiskin vəziyyəti yaxşılaşır

Müqəddəs Taxt-Tacın sözçüsü: Papa Fransiskin vəziyyəti yaxşılaşır

Vatikan, 31 mart, AZƏRTAC

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni xəstəxanada müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyətinin getdikcə yaxşılaşdığını deyib.

AZƏRTAC xəbər verir ki, M.Bruni Papa Fransiskin ötən günü istirahətə, duaya, işə həsr edərək keçirdiyini bildirib. Qeyd edib ki, tibb işçiləri Fransiskdə infeksion əsasda bronxit aşkarlandığını və ona infuziya əsasında antibiotik terapiyasının aparıldığını bildiriblər.

Planlaşdırılan klinik yoxlamalar davam edir və Papa Fransiskin vəziyyətində yaxşılaşma müşahidə olunur. Onun yaxın bir neçə gün ərzində xəstəxanadan buraxılması gözlənilir.

Qeyd edək ki, 86 yaşlı Fransisk martın 29-da təcili yardım avtomobili ilə İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına yerləşdirilib və ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.