QAN YADDAŞI


Xalqımızın üzləşdiyi faciələrin yaddaşlara həkk edilməsi bu hadisələrin bir daha təkrarlanmamasına xidmət edir

Bakı, 31 mart, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, nümayəndəliklərin əməkdaşları və gənclər tərəfindən 31 Mart abidəsi, Şəhidlər xiyabanı, Şəhidlər Abidə Kompleksi, Quba Memorial Kompleksi ziyarət edilib, soyqırımı qurbanları və şəhidləri xatirəsi ehtiramla yad olunub.

Sonra rayon rəsmilərinin, müəllimlərin iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil olunub, 31 Mart soyqırımı haqqında gənclərə ətraflı məlumat verilib.

Soyqırımı Günü ilə bağlı regionlarda rəsm sərgilər təşkil olunub, bacarıqlı gənclərin əl işləri Heydər Əliyev mərkəzlərində sərgilənib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı gənclər “Dolu”, “31 Mart Soyqırımı”, “Sündü”, “Yaddaşın rəmzi”, “Hökm” filmlərini izləyiblər.

Azərbaycan xalqının üzləşdiyi faciələrin xalqımızın, xüsusilə də gənclərin yaddaşlarına həkk edilməsi bu hadisələrin bir daha təkrarlanmamasına və xalqımızın vahid yumruq kimi birliyinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.