İDMAN


“Mançester Yunayted” müdafiəçisi ilə dördillik müqavilə imzalayıb

“Mançester Yunayted” müdafiəçisi ilə dördillik müqavilə imzalayıb

Bakı, 31 mart, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Lyuk Şou ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İyirmi yeddi yaşlı müdafiəçi ilə dördillik müqavilə imzalanıb. Şounun Mançester təmsilçisi ilə son müqaviləsi 2024-cü ilin iyun ayınadək idi.

Qeyd edək ki, Şou 2014-cü ildən “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 1 qol vurub və 6 qolun ötürməsini edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.