İQTİSADİYYAT


Tekstil fabrikinin ixrac imkanları barədə fikir mübadiləsi aparılıb

Bakı, 31 mart, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Sumqayıt şəhərində yerləşən "Alyans Tekstil" MMC-yə məxsus tekstil fabrikində olublar.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, istehsal fəaliyyəti ilə tanışlıq çərçivəsində fabrikin rəhbəri ilə müəssisənin inkişaf ehtiyacları və ixrac imkanları barədə fikir mübadiləsi aparılıb, agentliyin KOB-lara dəstək mexanizmləri və tədbirləri barədə məlumat verilib.

Qeyd edək ki, fabrikdə gündə 300-350 ədəd işçi geyimi istehsal olunur. Yaponiya və Almaniya istehsallı avadanlıqlara malik olan müəssisədə yerli və Türkiyə mənşəli xammaldan istifadə edilir. Fabrikdə Sumqayıt və Bakı şəhərlərindən olan 200-ə yaxın işçi çalışır. Müəssisə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işsiz şəxsləri peşə təlimlərinə cəlb edir və kursu uğurla bitirənləri işlə təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.