İDMAN


Teymur Rəcəbov: Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir

Teymur Rəcəbov: Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov doğma ölkəsində hökumətin şahmata münasibətindən söhbət açıb.

AZƏRTAC “championat.com” saytına istinadla xəbər verir ki, qrossmeyster bu fikirlərlə bölüşüb: “Mən əminəm ki, əgər dünya çempionu adı uğrunda Azərbaycan qrossmeysteri oynasaydı, o halda Bakı dərhal bu matça ev sahibliyi etmək təklifini irəli sürərdi. Şahmatın inkişafı baxımından, ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə çox iş görülür. Yəqin ki, futboldan sonra Azərbaycanda şahmat əsas idman növlərindən biridir. Hətta yuniorların və yeniyetmələrin çıxışına böyük diqqət ayrılır. Bəzən bunu unudurlar, lakin bir partiya oynayan kimi Azərbaycanda şahmata marağın nə dərəcədə yüksək olması dərhal yada düşür. Dövlət tərəfindən böyük dəstək var. Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.