DÜNYA


Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 14 nəfər həlak olub

Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 14 nəfər həlak olub

Bakı, 31 mart, AZƏRTAC

Sudanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 14 işçi həlak olub.

AZƏRTAC SUNA informasiya agentliyinə istinadla xəbər verir ki, faciə Misir sərhədinin yaxınlığında yerləşən Cəbəl Əl-Ahmar qızıl mədənini əhatə edən təpələrdən birində torpaq sürüşməsi nəticəsində baş verib. Mədənçilərin bir çoxunun dağıntılar altında qaldığı bildirilir. Xilas edilən işçilər isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

SUNA-nın istinad etdiyi şahidlərin dediyinə görə, qızıl mədənində istifadə olunan ağır texnika dağıntının miqyasını daha da artırıb. Hazırda xilasedicilər mədəndə qalmış işçiləri axtarırlar. İtkin düşən mədənçilərin şaxtanın qrunt sularının altında qalmasından ehtiyat edilir.

Təhlükəsizlik standartları və texniki xidmətin zəif olduğu Sudanın qızıl mədənlərində çökmələr tez-tez baş verir. 2021-ci ildə Qərbi Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində 31 nəfər həlak olmuşdu. Sudan çoxlu mədənlərin olduğu əsas qızıl istehsalçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.