İDMAN


Azərbaycan çempionatında beş çəki dərəcəsində qaliblər bəlli olub

Bakı, 2 aprel, AZƏRTAC

Bakı İdman Sarayında güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatının ilk günündə beş çəki dərəcəsində qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində ümumilikdə 169 güləşçi gücünü sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Cəfər Cəfərov (45 kq), Seyhun Əlizadə (51 kq), Camal Abbasov (60 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan çempionatına aprelin 4-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.