Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm

Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm

Bakı, 4 aprel, AZƏRTAC

Zəngin dövlətçilik tarixi olan Azərbaycanın müasir dünyada öz layiqli yerini tutması və müstəqillik yolunda inamla addımlaması Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyası və bu strategiyanın sonrakı dövrdə uğurla davam etdirilməsi ilə birbaşa bağlıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, üç onillik ərzində ağır fəsadlarını yaşadığımız işğala son qoyulması, Böyük Zəfərdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi üçün geniş miqyaslı işlərə başlanılması Heydər Əliyev ideallarının təcəssümü olmaqla milli inkişafın yeni mərhələsinə keçidi şərtləndirib. Ulu Öndərin anadan olmasının 100 illik yubileyi məhz belə vaxta – müstəqil Azərbaycanın qalib dövlət kimi öz nüfuzunu daha da yüksəltdiyi, gücünü, qüdrətini daim artırdığı bir zamana təsadüf edir.

Bu fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadovun “Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamında qeyd edildiyi kimi, Ulu Öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətlilik, humanizm və insanpərvərlik də Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissələridir. Bu dəyərlər hələ sovet hakimiyyəti dövründə respublikaya başçılıq edərkən, həmçinin keçmiş ittifaqın rəhbərliyində təmsil olunarkən Ulu Öndərin siyasi və idarəçilik fəaliyyətində önəmli yer tutub, müstəqillik illərində isə milli dövlət quruculuğunun aparıcı istiqamətlərində öz ifadəsini tapıb. Dövlətçilik fəaliyyətində daim qanunun aliliyi prinsipinə əsaslanan müdrik siyasətçi ədaləti ədalətsizliklə bərpa etməyin mümkünsüzlüyünü bildirirdi. Bu baxımdan, müstəqil dövlət quruculuğu dövründə çevik və səmərəli hüquq sistemi formalaşdırılarkən ədliyyə orqanlarının roluna xüsusi əhəmiyyət verilib, onun davamlı islahatlar yolu ilə təkmilləşdirilməsi diqqətdə saxlanılıb. Hələ sovet hakimiyyəti dövründə məhz Ulu Öndərin təşəbbüsü ilə təşkilati cəhətdən yenidən qurulan və zəngin inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin səlahiyyətləri dövlət müstəqilliyinin bərpasından sonra daha da genişlənib, onun cəmiyyətdəki rolu və nüfuzu artıb, peşəkar kadr potensialı gücləndirilib. Postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsi, həmçinin Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan ədliyyəsində aparılan islahatların mühüm nəticələrindən olub.

İyirmi beş il əvvəl ölüm cəzasının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlandığı tarixi müraciətdə müdrik və uzaqgörən rəhbər insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu qeyd edərək, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani və amansız tədbir kimi qiymətləndirir, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bildirirdi.

“İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları ilə Ulu Öndər müstəqil dövlətimizin cəza siyasətinin humanistləşdirilməsi sahəsində köklü islahatların əsasını qoyub. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qəbul edilməsi və 2000-ci ildən qüvvəyə minməsi də bu sahədə hüquqi tənzimləmənin əsasını təşkil edən cəzaların icrası, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən vacib qanunvericilik aktıdır.

Amnistiya və əfv etmə institutunun geniş tətbiqi Heydər Əliyevin ədliyyə orqanları üçün də başlıca meyar kimi müəyyənləşdirdiyi humanizmin mühüm təzahürlərindəndir. Məhz onun təşəbbüsü ilə 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, 32 əfv fərmanı imzalanaraq 3100-dən çox məhkum bağışlanıb.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm siyasətini möhtərəm Prezident İlham Əliyev dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi qətiyyətlə davam etdirir. Ölkə rəhbərinin əfv fərmanları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları minlərlə insana bu siyasətdən bəhrələnərək, cəzadan vaxtından əvvəl azad edilmək, cəmiyyətə reinteqrasiya olunmaq imkanı verib.

Dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı isə ölkəmizin hərtərəfli inkişafı ilə əlaqədar cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə yeni baxışın ifadəsi, qabaqcıl dünya təcrübəsinin tətbiqi əsasında penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu.

Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına sədaqətlə ölkəmizin hüquq sistemində həyata keçirilən islahatların məntiqi davamı olmaqla, cəza siyasətinin yeni strateji hədəflərini müəyyənləşdirən sənəddə bu sahədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, cəzaların icrasının müasir tələblərə uyğun qurulması, cəzanı icra edən orqanlarda mövcud olan nöqsan və çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, müasir texnoloji vasitələrin tətbiqi, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və digər bu kimi konseptual məsələlər öz əksini tapıb. Həmin Sərəncamla Ədliyyə Nazirliyində təsis edilən Probasiya Xidməti – məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni qurum da məhz bu məqsədlə yaradılıb. Ötən altı ildə Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi, işin səmərəliliyinin artırılması, əməkdaşların bilik səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi, maddi və sosial təminatının yaxşılaşdırılması ardıcıllıqla həyata keçirilib, probasiya fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb, Ədliyyə Nazirliyinin müvafiq İşçi Qrupu çoxsaylı müzakirələr, analitik təhlillər aparıb, beynəlxalq təcrübəni nəzərə alaraq qısa müddət ərzində bir sıra normativ xarakterli hüquqi aktların layihəsini hazırlayıb, nəticədə Milli Məclis 3 qanun, Nazirlər Kabineti 3 normativ hüquqi akt qəbul edib, nazirliyin kollegiyasının qərarları ilə 9 sənəd təsdiq olunub. Cərimə, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaların icrası mexanizminin, şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə probasiya nəzarətinin təkmilləşdirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması üzrə hüquqi tənzimlənmə ilə bağlı Cinayət, Cinayət-Prossesual, Cəzaların İcrası və Miqrasiya məcəllələrinə dəyişikliklərin edilməsinə dair qanun layihələri hazırlanıb. Bununla yanaşı, probasiya fəaliyyətinin əsas müddəalarını, hüquqi əsaslarını və prinsiplərini, məhkumların hüquq və azadlıqlarının müdafiəsini, sosial adaptasiyasını və reabilitasiyasını, digər zəruri norma və elementləri özündə əks etdirən “Probasiya fəaliyyəti haqqında” Qanun layihəsi və mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə normativ aktların layihələri ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, probasya fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Ötən dövr ərzində ölkəmizdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 16 mindən artıq şəxsə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunub, hazırda 4300-dən artıq məhkum üzərində elektron nəzarət həyata keçirilir. Bu, məhkumların davranışına, real vaxt rejimində mərkəzləşdirilmiş qaydada məsafədən izlənilməsinə, onların üzərinə qoyulmuş vəzifələrin icrasına fasiləsiz nəzarətin həyata keçirilməsinə, zərurət olduqda məhkumlarla dərhal əlaqə yaradılmasına, beləliklə də, cəzaların icrasında ciddi qayda yaradılmasına, qanun pozuntularının, yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün səmərəli qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinə sədaqət Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi siyasətində özünü bariz şəkildə göstərir. Bu siyasət cəmiyyətdə ictimai asayişin və əmin-amanlığın təmin olunmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.

“Qoy ədalət zəfər çalsın!” – gəncliyi ötən əsrin səksəninci illərinə təsadüf edən soydaşlarımız Ulu Öndər Heydər Əliyevin bu kəlamının həmin dövrdə keçmiş ittifaq miqyasında necə böyük əks-səda doğurduğunu yaxşı xatırlayırlar. Xalqımızın dahi oğlu bununla haqqın-ədalətin azərbaycanlılar üçün üstün milli xüsusiyyət olduğunu ifadə edir, səciyyələndirirdi. Haqq-ədalətin bərqərar olduğu dövlət isə mütləq humanizm, insanpərvərlik birgəyaşayışın və hüquq sisteminin başlıca meyarlarından birinə çevrilir.

Məhz buna görə də bu gün biz Heydər Əliyevi öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, azad, demokratik, hüquqi dövlətin banisi kimi dərin ehtiramla xatırlayır, yad edir, onun göstərdiyi yolla addımlamağı özümüzə şərəf bilirik. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib