Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ümummilli Liderin keçdiyi həyat yolu indi hər bir azərbaycanlı üçün əqidə və inam məktəbinə çevrilib

Ümummilli Liderin keçdiyi həyat yolu indi hər bir azərbaycanlı üçün əqidə və inam məktəbinə çevrilib

Bakı, 2 may, AZƏRTAC

Bu günlərdə Vətənimizin hər bir yerində qədirbilən xalqımız, Türk dünyası, beynəlxalq ictimaiyyət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd edir. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eləcə də bütün dünyada tanınan, hörmət və rəğbət bəslənilən dövlət xadimi, siyasi lider kimi hər kəsi heyrətləndirə biləcək bir fenomenə çevrildi. SSRİ kimi böyük bir dövlətin ən aparıcı sahələri, çətin və mürəkkəb məsələlərin həlli ona tapşırılırdı. Yaşadığı dövrdə mürəkkəb və çətin beynəlxalq məsələlərin həllində belə ona təcrübəli və özünü təsdiqləmiş uğurlu bir siyasətçi, ən etibarlı güc mənbəyi-qüvvə kimi baxırdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov söyləyib. O bildirib ki, sovetlər birliyinin rəhbərliyinə yeni gətirilən Mixail Qorbaçov Heydər Əliyevin bilik və bacarığına, sovet xalqı arasında və beynəlxalq aləmdə olan böyük hörmət və nüfuzuna qısqanclıq hisslərini gizlədə bilmirdi. Ona görə də Sovet İttifaqı KP-nin Mərkəzi Komitəsinin Baş katibi seçilən ilk gündən Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif yollar axtarırdı. Şübhəsiz ki, bu çirkin niyyəti onun əlaltıları, xüsusilə də fürsət gözləyən erməni millətçiləri duymuşdular. Nəhayət, 1987-ci ildə Mixail Qorbaçovun təkidli israrı ilə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Bununla da, bütövlükdə SSRİ hakimiyyətinin bütün rəhbər işçilərinin Azərbaycana olan təzyiqləri daha da gücləndi.

Təəssüf ki, bu təzyiqlərə müqavimət göstərməyə qadir olan bir qüvvə, lider qalmamışdı. Mixail Qorbaçovun çəkindiyi siyasətçilərin hakimiyyətdən bir-bir uzaqlaşdırılması ona çirkin ideyalarını həyata keçirməsi üçün geniş imkanlar yaratdı. Heç kəsin ağlına belə gəlməyən SSRİ-nin dağılması prosesi böyük bir sürətlə baş verdi. Hakimiyyətsizlik bütün sahələrdə özünü göstərməyə başladı. Separatizm, milli hisslər, anarxiya tüğyan edirdi. Bundan məharətlə istifadə edən ermənilərin Azərbaycana qarşı torpaq iddiaları sürətlə böyüdü, qarşıdurmaya, müharibələrə çevrildi, böyük qırğınlara səbəb oldu. Mixail Qorbaçovun komandası belə proseslərin qarşısını almağa nəinki qadir idi, əksinə, müxtəlif yollarla separatçılara dəstək də göstərirdilər. Bu da baş verən proseslərin coğrafiyasını daha da genişləndirirdi. Nəticə etibarilə sovetlər birliyi qısa bir zamanda dağıldı, milli respublikalara parçalandı, hər birinə acınacaqlı bir sosial-iqtisadi durum miras qaldı. Onlardan biri də Azərbaycan Respublikası idi. Burada vəziyyət daha acınacaqlı idi. Yaxın keçmişdə torpaqlarımızda bərqərar olan qonşu Ermənistan dövləti bizimlə müharibə aparırdı, torpaqlarımızın bir hissəsi zəbt olunmuşdu. Respublikada hakimiyyətə gələn qüvvələr isə ölkəni idarə edə bilmirdilər. Dövlət strukturları öz funksiyalarını yerinə yetirə bilmirdilər, hər yerdə özbaşınalıq hökm sürürdü. Baş verən bütün proseslər xalqımızın dövlətçiliyini süquta sürükləyirdi. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı. Belə bir vaxtda öz azadlıq mübarizəsini daha əzmlə davam etdirən Heydər Əliyev min bir çətinliklə Vətənə qayıtdı. Böyük xalq sevgisi ilə qarşılandı. Bundan vahiməyə düşən mövcud hakimiyyət onun Bakıda qalmasını əngəllədi. Naxçıvana getməli olan Heydər Əliyev tezliklə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildi. Atılan qətiyyətli addımlar, görülən böyük işlər, tarixləşən hadisələr Azərbaycan xalqının coşqusuna səbəb oldu. Ölkədə isə vəziyyət dözülməz idi. Paytaxt Bakıda hərc-mərclik hökm sürürdü.

Heydər Əliyevin bacarıqlı bir siyasətçi olduğuna qəti əmin olan ziyalılar onu öz yerində, ölkə rəhbərliyində görmək istəyirdilər. Bununla bağlı yerli və xarici mətbuatda bir çox cəsarətli çıxışlar edirdilər. Belə bir vaxtda başda ziyalılar olmaqla Azərbaycan xalqı ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdülər. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın səsinə səs verərək öz xilaskarlıq missiyasını həyata keçirdi, hakimiyyətə yenidən qayıtdı. Tarixə çevrilən bu gün xalqımızın müstəqillik uğrunda apardığı bütün mübarizələrdə qazandığı ən böyük uğuru, dövlətimizi və xalqımızı hər cür bəlalardan xilas tarixi - Milli Qurtuluş Günü oldu.

Alim qeyd edib ki, müstəqilliyimizin ilk illərində təhsilimizin idarə olunması da səriştəsiz insanların əlinə düşdüyündən, onlar mövcud təhsil strukturlarını belə tamamilə dağıtdılar və yerinə isə heç nə yarada bilmədilər. Heydər Əliyev görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də böyük alim-pedaqoq idi. Əsl müəllim kimi dövlətin inkişafında təhsilin verə biləcəyi böyük bəhrəni, xalqın və dövlətin inkişafındakı əvəzsiz rolunu görürdü. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, - deyərək özünü müəllimliyə həsr etmiş insanı ən şərəfli insan hesab etdiyini bildirdi. Ulu Öndər elə qurtuluşun günlərindən “Təhsil millətin gələcəyidir” fəlsəfi fikrini ortaya ataraq ölkə ziyalılarını bu müqəddəs əməlin reallaşmasına dəstək verməyə səslədi. Respublikamızın əsaslı dəyişməsində və yeniləşməsində təhsil islahatlarının bütün islahatların önündə durmasını ardıcıl siyasətə çevirən Heydər Əliyev 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə Azərbaycanın müstəqil dövlət kimi öz milli ideologiya konsepsiyasını yaradaraq inkişaf etdiyini, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunu qeyd edib.

Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 24-də Azərbaycan müəllimlərinin 11-ci qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsinin zəruri və təxirəsalınmaz olduğunu vurğulayır.

“Bu gün müstəqil Azərbaycanda inkişaf etmiş bütün sahələrdə Heydər Əliyevin zəhməti və imzası vardır. Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə xüsusi qayğı və diqqət göstərib. Heydər Əliyevin gərgin əməyi, ideyaları nəticəsində qurulan müstəqil Azərbaycan dövləti əbədiliyə doğru dönməz bir yola başladı, tezliklə uğurlar bir-birinin ardınca sıraya düzüldü. Müstəqil Azərbaycan dövləti xalqına xoşbəxtlik bəxş etməklə yanaşı, dünyanın sayılıb seçilən qabaqcıl bir ölkəsinə çevrildi. İndi hər bir azərbaycanlı üçün Ümummilli Liderin keçdiyi şərəfli həyat yolu Vətən ünvanlı, Vətən sevdalı əqidə və inam məktəbinə çevrilib. Bu məktəbdə öyrədilən əsas dərslik Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycan dövlətidir. Bu məktəbdə Azərbaycan xalqının işıqlı gələcəyinə sonsuz sevgi və inam nümunəsinə çevrilən Heydər Əliyevin böyük ömrü, onun keçdiyi şərəfli həyat yolunda, atdığı cəsarətli addımlarda, hər kəsi heyrətləndirən və bir çoxunun da qibtə etdiyi ilahi ağıl və gücün fövqündə daha aydın görünür. Bu məktəbdə Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinə vurulan hər kəsin düçüncəsinə, ilk növbədə, onun: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” ideyası hakim kəsilir, bu müqəddəs sevdalarla da onun yolunu tutaraq dövlətinin və xalqının layiqli əsgərinə çevrilir. Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə xalq sevgisi qazanaraq Ümummilli Liderə, inam, and, qürur yerinə çevrilərək Ulu Öndər oldu. O, ölməz ideyaları, hər zaman müdrikliyi, möhtəşəmliyi ilə Azərbaycan xalqının ürəyinin ən uca yerindədir. Nə qədər ki, Azərbaycan xalqı, dövləti var, onun hər bir uğurunda Heydər Əliyevin xeyir-duası var. Elə 44 günlük müharibəsindəki Qələbədə olduğu kimi, Heydər Əliyevin hər bir ideyası bütün dövrlərdə xalqımızın gözünə işıq, qoluna qüvvət, dizinə taqət olacaqdır. Ulu Öndərin şah əsəri, çiçəklənən müstəqil Azərbaycan dövləti cahan mülkündə Günəş kimi əbədi parlayacaqdır. Bəli, gündən-günə çiçəklənən müstəqil Azərbaycan Respublikasının ən böyük uğurları isə hələ qabaqdadır”, - deyə Vidadi Orucov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar – 2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında "Dəmir yumruq" intellektual müsabiqəsi keçirilir

Tovuzda şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Növbədənkənar prezident seçkiləri ilə ölkəmizin növbəti inkişaf mərhələsinin əsası qoyulacaq – Siyasi şərhçi

UNESCO Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illiyini qeyd edib

Moskva Dövlət Universitetinin Bakı filialı redaktor-korrektor vəzifəsinə işə qəbul elan edir

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mustafa Abbasbəyli: Yerli istehsalın inkişafı məşğulluğun artırılmasına gətirib çıxaracaq

Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qarabağa investisiya yatırmaq üçün müraciət edən Türkiyə şirkətlərinin sayı açıqlanıb

Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

H.N.Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sabah 400-dən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcək

M.A.Əliyevin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Binəqədidə beş tapança və bir avtomat könüllü polisə təhvil verilib VİDEO

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cənubi Koreya, ABŞ və Yaponiya KXDR-in təhdidlərinə qarşı əməkdaşlığı gücləndirəcək

Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb VİDEO

Nicat Abasov: Vüqar Həşimov Memorialının bütün iştirakçıları qalib olmağa layiqdirlər

Premyer Liqa: “Kəpəz” Qəbələ səfərində, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edir

Hanter Bayden Konqresdə ifadə verəcəkmi?

“Xırdalan” ABŞ-dan oyunçu transfer edib

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb olub

BMT-nin Baş katibi Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayıb

2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

Mühüm addım - Azərbaycan və Ermənistan vasitəçilərsiz sülhə daha tez nail olar

Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma etimad quruculuğu istiqamətində ciddi addımdır – RƏY

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

Azərbaycanı gözləyən “Zəfər” seçkisi

Laçınlı xanımların və uşaqların düzəltdiyi əl işləri Yeni il yarmarkasına çıxarılacaq VİDEO

2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan nefti bahalaşıb

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

Ağdam Sənaye Parkında yerləşən ayaqqabı fabrikinin istehsal gücü 900 minə çatdırılacaq VİDEO

Şimal-qərb bölgəsinin məktəbliləri Beynəlxalq STEAM Azərbaycan Festivalında uğur qazanıblar

ICESCO COP28-də mədəniyyət sahəsində iqlimlə bağlı proqramlarını təqdim edib

Səfir: İlin sonu Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olacaq

FHN: Ötən sutka ərzində 25 halda yanğına çıxış olub

Dünyada dillərə maraqla bağlı yeni hesabat dərc olunub

Braziliya hökuməti Azərbaycan və Ermənistan tərəfinin birgə açıqlamasına münasibət bildirib

Azərbaycan Prezidenti: Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Azərbaycan Prezidenti: Qarabağ erməniləri ilə bağlı verdiyimiz bəyanat və atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar VİDEO

Ötən gün polis əməkdaşları tərəfindən təhvil götürülən silah-sursat açıqlanıb

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

Prezident İlham Əliyev: Hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb

Prezident İlham Əliyev: Biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın

Prezident İlham Əliyev: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur