CƏMİYYƏT


25-ci Dünya Skaut Camborisi 2023-cü ildə Koreya Respublikasında keçiriləcək

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının üçüncü günü Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) və Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının əməkdaşlıq məsələlərinə dair təqdimatla başlanıb.

AZƏRTAC xəbər verir ki, sonra nümayəndələrə WOSM-un daha yaxşı dünya qurulmasına yönələn “Sülhün elçiləri” öncül layihəsi təqdim edilib.

Daha sonra Dünya Skaut Konfransının iştirakçıları Dünya Skaut Hərəkatı Təşkilatı tərəfindən dörd ildə bir dəfə (müharibə illəri istisna olmaqla) keçirilən beynəlxalq skaut toplantısı - Camborinin hansı ölkədə keçiriləcəyinə səs veriblər. Cambori hər dəfə skaut hərəkatının olduğu müxtəlif ölkələrdə keçirilir.

İştirakçılar Koreya və Polşa arasında seçim ediblər. Sonda əksər səslə Koreya Respublikası 2023-cü ildə 25-ci Skaut Camborisinə ev sahibliyi edəcək ölkə seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.