DÜNYA


2600 hava şarından düzəldilən otaq

Bakı, 26 noyabr, AZƏRTAC 

ABŞ-ın Yuta ştatından olan 34 yaşlı rəssam Cerem Telford müxtəlif rəngli 2600 hava şarından otaq düzəldib.

AZƏRTAC xəbər verir ki, bunun üçün gənc rəssam beş günə yaxın vaxt sərf edib. İş prosesində “inşaat materialları”nın üfürülməsi üçün əl nasosundan istifadə olunub.

Otaqdakı bir çox əşyalar, o cümlədən bufet, çilçıraqlar, kreslo, hətta içərisi alma ilə dolu meyvə qabları da şarlardan hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.