Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Müstəqillik Günü Batumidə təntənəli şəkildə qeyd olunub

Tbilisi, 26 may, AZƏRTAC

Azərbaycan Respublikasının baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Batumidə 28 May - Müstəqillik Gününə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, Ali Məclisin sədri Davit Gabaidze, Batumi şəhərinin meri Arçil Çikovani, kənd təsərrüfatı naziri Zaza Şavadze, Türkiyənin Batumidəki baş konsulu Rıza Kağan Yılmaz, Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, Azərbaycan icmasının nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Baş konsul Pərviz İsmayılzadə çıxış edərək müasir Azərbaycan Respublikasının 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa olunduğunu qeyd edib. Bildirib ki, 1918-ci il mayın 28-də Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə bağlı İstiqlaliyyət Bəyannaməsi qəbul edilib, Cümhuriyyətin parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları təsis olunub.

Diplomat qeyd edib ki, bu gün yaranmasının 105 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynayıb.

Baş konsul deyib ki, 1920-ci il aprel işğalından və Cümhuriyyətin süqutundan sonra 1907-ci ilin martında istifadəyə verilmiş Bakı-Batumi neft kəmərindən istifadə dayandırılıb. Onun istismarı yalnız 1923-cü ildə bərpa olunub.

Qeyd olunub ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin siyasi xətti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın və Gürcüstanın regionda aparıcı dövlətlərə çevrilməsində, iqtisadi inkişafında, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan Gürcüstanın ən iri iqtisadi-ticari tərəfdaşlarından biridir.

Sonra tədbirdə iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevə və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzeyə həsr edilmiş sənədli film nümayiş olunub.

Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze Azərbaycan xalqını Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. O, Gürcüstan və Azərbaycan arasında mövcud olan sıx əməkdaşlığın, strateji tərəfdaşlığın son illərdə daha da inkişaf etdiyini bildirib.

Acarıstan Ali Məclisinin sədri Davit Gabaidze çıxışında deyib ki, Müstəqillik Günü bütün ölkələr üçün vacib bayramlardan biridir.

Türkiyə Respublikasının Batumi şəhərindəki baş konsulu Rıza Kağan Yılmaz çıxış edərək, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Rektor Merab Xalvaşi bildirib ki, Şota Rustaveli adına Batumi Dövlət Universiteti Azərbaycanın səkkiz aparıcı universiteti ilə uzunmüddətli əməkdaşlıq edir və bu ali təhsil ocaqları arasında qarşılıqlı mübadilə proqramları, birgə təhsil layihələri həyata keçirilir.

E.Şevardnadzenin qızı Manana Şevardnadze tərəfindən şəxsi arxiv materialları əsasında hazırlanmış, Ümummilli Lider Heydər Əliyevə və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzeyə həsr olunmuş sənədli film baş konsulluq tərəfindən universitetə hədiyyə edilib.

Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən tədbirlərində iştirak edən nazirlərlə görüşüb

“Bülbül vokal məktəbi” adli filmin təqdimatı olub

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, ədliyyə naziri,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçaldan

Qarabağ işğal dövründə dünyanın ən çox hərbiləşmiş zonalarından birinə çevrilib - AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Naxçıvanda imzalanan sənədlər vahid strateji planın ayrı-ayrı hissələrini birləşdirən həlqədir - RƏY

Azərbaycan paracüdoçusu Bakıda keçirilən Qran-Pridə bürünc medal qazanıb

Xankəndiyə yanacaq daşıyan daha iki avtomobil göndərilib

Moldova parlamentinin sədri Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb

Zəfər zirvəsinə yüksələn qəhrəmanlar – Xətai rayonunda tədbir

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevnelievdən

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu işə başlayıb YENİLƏNİB

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq

ARDNF-nin icraçı direktoru İspaniyada Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

Oğuzda narkotik satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb VİDEO

UNEC-də Türk ədəbiyyatı adları lüğətinin təqdimatı olub

UEFA Superkuboku uğrunda növbəti oyunun yeri bəlli olub

Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Gürcüstan mediasının diqqət mərkəzində

DYP Anım Günü ilə bağlı müraciət edib

Ucqar kəndlərdən olan məktəbli qızlar üçün sosial ekskursiya təşkil edilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib

UEFA-ya yeni vitse-prezident təyin olunub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50-dək şəxs peşə-əmək reabilitasiyasına cəlb edilib

Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb

Aşqarlar Kimyası İnstitutunda tədbir: Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Sumqayıt Tibb Mərkəzində Vətən müharibəsi qəhrəmanları anılıb

Qeyri-dəqiq məlumatlar insanların sağlamlıqları ilə bağlı səhv qərar verməsinə səbəb ola bilər

Zaqatalada şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar

BDU-da “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Qubada hüquqşünaslar maarifləndirici təlimlərə cəlb olunublar

Səfir Viktoriya Romero: Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir

® Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir?

TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bu il Bakıda ICESCO-nun Regional ofisi açılacaq

Hamburqdakı azərbaycanlılar Ermənistanın terrorçu siyasəti ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər

® “Azerçay” “Bakı Böyük Dəbilqə 2023” turnirinə dəstək verdi

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib YENİLƏNİB

Çexiyanın enerji nümayəndələri təcrübələrini AERA-nın mütəxəssisləri ilə bölüşüblər

Rusiya və İran prezidentləri Qarabağ ətrafındakı məsələni müzakirə ediblər

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşüb

Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib

“Real Madrid”in türk futbolçusu yenidən zədələnib

Sentyabrın 26-na USD/AZN rəsmi məzənnəsi

Rusiyalı alim: Ermənistanda “miatsum” ideyasına kütləvi dəstək yoxdur

İlahiyyat İnstitutunda Anım Gününə həsr olunan film nümayiş etdirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan

Qarabağı tərk edən ermənilərin təhlükəsiz və maneəsiz keçidi təşkil olunur VİDEO

ASAN könüllülərindən növbəti sosial təşəbbüs

Botanika İnstitutu Belarus Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

“Heydər Əliyev İli”nə bp-nin töhfəsi

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb VİDEO

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Quba TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib

Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib

Bərdədə yaşayış binasında partlayış olub

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Tvininq layihəsi çərçivəsində növbəti təlim reallaşıb

Şəhid atası Səməd Xudiyev: Oğlum mərd, vətənpərvər oğlan olub

UNEC-in rektoru Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb

DGK sədri Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Ölkəmizdə spinal muskulyar atrofiyadan əziyyət çəkənlərin problemləri müzakirə olunub

BDU EIFL beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib

® “Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı

İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

Mahir Emreli Xorvatiyada turun rəmzi komandasına düşüb

İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Daxili işlər naziri Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Cavid Qurbanov Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək

Avqustda bankların kredit portfeli artıb

Qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkət əməkdaşları üçün təlim keçiriləcək

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,5 milyon dollar təşkil edib

QHT nümayəndələri Anım Günü ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Quba alması bağdan neçəyə satılır? VİDEO

Hərb Tarixi Muzeyində tədbir: “Vətən sizə oğul dedi!”

İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var VİDEO

Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi strateji xarakter daşıyır və region dövlətlərinin iqtisadi maraqlarına cavab verir

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini: TDT dövlətləri Türk İnvestisiya Fondunun potensialından istifadə etməlidir

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib

Minadan zərərçəkən: Zərərsizləşdirilməyən hər mina təhlükə mənbəyidir

Anım Günü ərəfəsində “Zəfər zirvəsi”nə yürüşə çıxıblar

Azər Bağırov: Yayda bəzi klublar Türkiyədə hazırlaşanda biz Bakıda yoxlama məşqləri edirdik

Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

TDT-yə daxil olan ölkələr arasında həyata keçirilən ixracın dəyəri 33 milyard ABŞ dolları olub

İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir

Botanika İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnallarda dərc olunub