İDMAN
“Kopenhagen” 15-ci dəfə çempion olub

Bakı, 30 may, AZƏRTAC
"Kopenhagen" Danimarka çempionatında 2022/2023 mövsümünün qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu, komandanın Danimarka Superliqasının 31-ci turunun “Viborq”la görüşdə qələbəsi (2:1), ən yaxın izləyicisi “Nordsyaland”ın "Bröndbu"ya məğlub olması (1:5) sayəsində baş verib.
Xalını 58-ə yüksəldən "Kopenhagen" ardıcıl 2-ci, ümumilik 15-ci dəfə ölkə çempionu olub.
Komanda yarışın bitməsinə 1 tur qalmış 2-ci yerdəki “Nordsyaland”ı qabaqlayıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 27.09.2023 [17:47]
İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib
- 27.09.2023 [15:13]
Azərbaycan paracüdoçusu Bakıdakı Qran-pridə gümüş medal qazanıb
- 27.09.2023 [14:14]