ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminar

Bakı, 1 iyun, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, professor Nəriman İsmayılovun rəhbərlik etdiyi seminarda elmi işçi Günay Hacıyevanın “HD 207260 (Iae) ulduzunda qeyri-stasionarlıq və kimyəvi tərkib” mövzusunda məruzəsi dinlənilib.
Seminara təqdim olunan işdə HD 207260 (ν Cep (A2 Iae)) ifratnəhəng ulduzunun 2018-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrləri əsasında Hα xəttinin profilinin dəyişməsi və spektral parametrləri tədqiq olunub. Həmçinin Kuruçun atmosfer modelləri əsasında ν Cep (A2 Iae) ifratnəhəng ulduzunun R=56000 spektral ayırdetmə ilə alınmış spektrləri əsasında atmosferin kimyəvi tərkibi tədqiq olunub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.