İQTİSADİYYAT
Çinlə “yaşıl” enerji sahəsində əməkdaşlıq müzakirə olunub


Bakı, 1 iyun AZƏRTAC
İyunun 1-də iqtisadiyyat naziri Mikayıl Cabbarov “China International Energy Sources Group Co., Ltd.” şirkətinin nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Çin şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi vurğulanıb, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpaolunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.
Tərəflər Azərbaycanın “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2021-ci ildə yaradılmış “China Energy International Group Co., Ltd.” Çinin aparıcı şirkətlərindəndir. Şirkət “yaşıl” enerji və aşağı karbonlu enerji layihələrinin inkişafı üçün ümumi həllər və xidmətlər təqdim edir.