Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb

Bakı, 1 iyun, AZƏRTAC

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin fevral-mart aylarını əhatə edir. Fevral ayının mühüm hadisələrindən biri Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri olub. Dövlətimizin başçısı konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan edib: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.

Prezident İlham Əliyev konfrans çərçivəsində, həmçinin “Boru arzuları: gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib, Münxendə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmidt, İsrail Dövlətinin müdafiə naziri Yoav Qalant, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid və başqaları ilə görüşlər keçirib, xarici və Azərbaycan telekanallarına müsahibələr verib. Bütün bu görüşlər haqqında informasiyalarla və müsahibələrin mətnləri ilə yeni kitabda tanış olmaq mümkündür.

Yeni kitaba Prezident İlham Əliyevin digər mühüm tədbirdə - Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada “Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda keçirilən Fövqəladə Zirvə görüşündəki çıxışının mətni daxil edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğu vurğulanıb, Vətən müharibəsində qardaş ölkənin siyasi və mənəvi dəstəyi minnətdarlıq hissi ilə xatırlanıb, hazırda münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Dövlətimizin başçısı son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin böyük inkişaf yolu keçdiyini də diqqətə çatdırıb, dağıdıcı zəlzələnin nəticələrinin uğurla aradan qaldırılacağına əminliyini bildirib.

Sitat: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaqdır.

Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.

Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

Çoxcildliyin 126-cı kitabına Prezident İlham Əliyevin mart ayında Almaniyaya işgüzar səfərinə aid materiallar, o cümlədən Prezident Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri haqqında informasiyalar, Olaf Şolts ilə birlikdə mətbuata bəyanatlarının mətnləri daxil edilib.

Oxucu bu kitabda Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə videokonfrans formatında görüşünə, Albaniya Prezidenti Bayram Beqay ilə görüşünə dair materiallarla da tanış ola bilər.

Yeni nəşrdə Prezident İlham Əliyevin “Qoşulmama Hərəkatının “COVID-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışının mətni, Azərbaycana səfər etmiş İslam İnkişaf Bankı qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir, Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşləri, müxtəlif ölkələrin yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi haqqında informasiyalar verilib.

Prezident İlham Əliyev martın 18-də Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində Suqovuşan qəsəbəsində yaşayış məhəlləsinin təməlini qoyub, qəsəbə tam orta məktəbində yaradılan şəraitlə, Suqovuşan su anbarında aparılan əsaslı təmir işlərinin gedişi, turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda yer alıb.

“Azərnəşr” tərəfindən buraxılan 126-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Vüqar Rəhimzadə: 27 sentyabr şanlı Qələbə salnaməmizin ilk günü kimi tarixə əbədi həkk olunub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziya nəşri Azərbaycanın Qarabağ bölgəsindəki antiterror tədbirlərindən yazır

Tərtər şəhərində şəhidlərin adını daşıyan küçələrdə təmir işləri aparılıb

AZƏRTAC-ın jurnalistlərinin iş prosesi “TRT Haber” ekranlarında VİDEO

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın söndürülüb VİDEO

Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini arasında telefon danışığı olub

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

Vitse-spiker Adil Əliyev Milli Məclisdə vətəndaşlarla görüşüb

Anım Gününə həsr olunmuş “Vətən müharibəsi xatirələrdə” adlı tədbir təşkil edilib

AZƏRTAC 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin birincisidir VİDEO

ADA Universitetində Bakı Kamera Orkestrinin konserti olub

“Həqiqətin onomastikası” kitabı rus dilində nəşr edilib

Naxçıvan görüşü bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının məkrli planlara qarşı bir sədd olduğunu göstərdi - ŞƏRH

Xocalıda növbəti silah-sursat anbarı aşkar edilib VİDEO

Polis əməkdaşları üçün cüdo təlimi keçirilib

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələr regional məsələlərin həllinə təkan verir

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən tədbirlərində iştirak edən nazirlərlə görüşüb VİDEO

“Bülbül vokal məktəbi” adli filmin təqdimatı olub

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, ədliyyə naziri,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçaldan

Qarabağ işğal dövründə dünyanın ən çox hərbiləşmiş zonalarından birinə çevrilib - AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Naxçıvanda imzalanan sənədlər vahid strateji planın ayrı-ayrı hissələrini birləşdirən halqadır - RƏY

Azərbaycan paracüdoçusu Bakıda keçirilən Qran-Pridə bürünc medal qazanıb

Xankəndiyə yanacaq daşıyan daha iki avtomobil göndərilib

Moldova parlamentinin sədri Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb

Zəfər zirvəsinə yüksələn qəhrəmanlar – Xətai rayonunda tədbir

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevnelievdən

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu işə başlayıb YENİLƏNİB

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunacaq

ARDNF-nin icraçı direktoru İspaniyada Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında iştirak edir

Oğuzda narkotik satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb VİDEO

UNEC-də Türk ədəbiyyatı adları lüğətinin təqdimatı olub

UEFA Superkuboku uğrunda növbəti oyunun yeri bəlli olub

Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Gürcüstan mediasının diqqət mərkəzində

DYP Anım Günü ilə bağlı müraciət edib

Ucqar kəndlərdən olan məktəbli qızlar üçün sosial ekskursiya təşkil edilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib

UEFA-ya yeni vitse-prezident təyin olunub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50-dək şəxs peşə-əmək reabilitasiyasına cəlb edilib

Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb

Aşqarlar Kimyası İnstitutunda tədbir: Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Sumqayıt Tibb Mərkəzində Vətən müharibəsi qəhrəmanları anılıb

Qeyri-dəqiq məlumatlar insanların sağlamlıqları ilə bağlı səhv qərar verməsinə səbəb ola bilər

Zaqatalada şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar

BDU-da “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Qubada hüquqşünaslar maarifləndirici təlimlərə cəlb olunublar

Səfir Viktoriya Romero: Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir

® Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir?

TDT Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bu il Bakıda ICESCO-nun Regional ofisi açılacaq

Hamburqdakı azərbaycanlılar Ermənistanın terrorçu siyasəti ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər

® “Azerçay” “Bakı Böyük Dəbilqə 2023” turnirinə dəstək verdi

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib YENİLƏNİB

Çexiyanın enerji nümayəndələri təcrübələrini AERA-nın mütəxəssisləri ilə bölüşüblər

Rusiya və İran prezidentləri Qarabağ ətrafındakı məsələni müzakirə ediblər

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşüb

Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu çərçivəsində panel sessiyalar keçirilib

“Real Madrid”in türk futbolçusu yenidən zədələnib

Sentyabrın 26-na USD/AZN rəsmi məzənnəsi

Rusiyalı alim: Ermənistanda “miatsum” ideyasına kütləvi dəstək yoxdur

İlahiyyat İnstitutunda Anım Gününə həsr olunan film nümayiş etdirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan

Qarabağı tərk edən ermənilərin təhlükəsiz və maneəsiz keçidi təşkil olunur VİDEO

ASAN könüllülərindən növbəti sosial təşəbbüs

Botanika İnstitutu Belarus Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

“Heydər Əliyev İli”nə bp-nin töhfəsi

AzMİU-ya yeni qəbul olan tələbələrin ingilis dili bilikləri yoxlanılır

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb VİDEO

“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Quba TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib

Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib

Bərdədə yaşayış binasında partlayış olub

Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar

Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Tvininq layihəsi çərçivəsində növbəti təlim reallaşıb

Şəhid atası Səməd Xudiyev: Oğlum mərd, vətənpərvər oğlan olub

UNEC-in rektoru Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb

DGK sədri Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Ölkəmizdə spinal muskulyar atrofiyadan əziyyət çəkənlərin problemləri müzakirə olunub

BDU EIFL beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Seulda son on ildə ilk dəfə hərbi parad keçirilib

® “Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı

İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib

Mahir Emreli Xorvatiyada turun rəmzi komandasına düşüb

İstiqlal Muzeyində “Tarixin izi ilə” adlı növbəti tədbir – sərgi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib

Daxili işlər naziri Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Cavid Qurbanov Avropa Atletika Assosiasiyasının rəhbərliyi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli Sumqayıtda vətəndaşları qəbul edəcək

Avqustda bankların kredit portfeli artıb