Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ölümü ilə yenidən doğulan Məhərrəm İbrahimov

Bakı, 4 iyun, AZƏRTAC

Hər gün təqvim sayılsa da, tarixə çevrilə bilmir. Təəssüf ki, tarixə çevrilən günlərin hamısı qəhrəmanlıq, qələbə dolu sevincli günlər deyil. Elə günlər var ki, bəzən onun ağrısı bir milləti sarsıtsa da, bir tarix olaraq əbədi qalır. Xalqımızın tarixində belə günlər yetərincədi -20 Yanvar, 26 Fevral, 31 Mart... İki ildir ki, Azərbaycan mətbuatının tarixinə qara həriflərlə həkk olmuş bir gün də var - 4 iyun. 2021-ci ilin o müdhiş, damarlarımızı tarım çəkən, qəlbimizi göynədən o 4 iyundan bizi iki illik zaman məsafəsi ayırır. Həmin gün Kəlbəcərin Susuzluq kəndindən gələn acı xəbər nəinki bizi, eləcə də bütün media dünyasını sarsıtdı. Peşə fəaliyyəti ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində iyunun 4-də saat 11 radələrində tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olan Məhərrəm İbrahimov (Əlioğlu) 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. O, düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atan Məhərrəmin sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər bölgələrdən gəlirdi. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirən həmkarımız dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ən yüksək mükafatını isə ölümündən sonra aldı - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini...

Vətən müharibəsindən sonra Məhərrəm İbrahimov yenə də Qarabağa tələsirdi, erməni vandallarının viran qoyduğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzib dağıntıları lentə alır, tarixə çevirirdi ki, onların törətdiyi dəhşətlərdən gələcək nəsillər də xəbər tutsun. Müharibədən sonra da hərbi formanı əynindən çıxarmayan AZƏRTAC-ın peşəkar müxbiri Məhərrəm Əlioğlu beləcə şəhadətə ucaldı. Tarix yazan həmkarlarımız erməni məkrinin qurbanı oldu.

O, AZƏRTAC-ın da, İkinci Qarabağ savaşının da ilk şəhid jurnalisti oldu. Məhərrəmin də daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini tarix özü verəcək. Zaman keçəcək, azad olunmuş torpaqlarımız yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər 30 illik işğalın dağıdıcı izini onların çəkdiyi, arxivləşdirdiyi və yazdıqlarından öyrənəcəklər.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989-cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub.

Məhərrəm İbrahimovun əmək kitabçasında yeganə bir iş ünvanı var- Azərbaycan Dövlət İnformasiya Agentliyi. O, müxbir kimi əmək fəaliyyətinə başlayanda cəmi 22 yaşı vardı. Məhərrəm Əlioğlu on yeddi il ərzində zəngin, maraqlı və qaynar bir jurnalist və bir əsgər ömrü yaşadı.

İki oğul atası olan Məhərrəmin qismətinə cəmi 39 bahar yaşamaq düşdü. Onun bir ata kimi övladları Uğur və Toğrulla bağlı böyük arzuları vardı. Hamısı yarımçıq qaldı. Onların əlindən tutub məktəbə, özü ilə azad Qarabağa, doğma vətən torpağına apara bilmədi. Oğlanlarının ali təhsil almasına, toylarında qol götürüb oynamasına həsrət qaldı ...

Lakin bizim üçün, ailəsi və doğmaları üçün nə qədər ağrılı olsa da, təsəlli odur ki, Məhərrəmin arzularına işıq tutacaq bu gülüzlü övladlar var...

Ölüm fiziki, cismani həyatın sonu olsa da, şəhidlər üçün belə deyil. Şəhidlər torpağa baş qoyan gün yenidən doğulurlar- tarix, Vətən, torpaq üçün, gələcək nəsillərə bir ölməzlik dərsi üçün... Məhərrəmin də əbədiyyət ömrü 2021-ci il iyununun 4-dən başladı. Hər il iyunun 4-ü onun əbədiyyət və yeni doğum tarixidir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

“Azərkosmos” rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-5 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik

Bu il ölkəmizdə 25 hektar meşə ərazisi yanğından zərər görüb

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb

Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib

Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb

Anqlikan Kilsəsinin dini rəhbəri Azərbaycanın dinə sekulyar yanaşmasını müsbət hal kimi dəyərləndirib

Fransada 35 dərəcə istilər gözlənilir

“Heydər Əliyev İli” çərçivəsində Masallıda seminar təşkil edilib

Bakı ilk dəfə Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib

ADNSU-da tədrisin müasirləşdirilməsi ilə bağlı müzakirələr aparılıb