CƏMİYYƏT
AQTA əməkdaşları çay və su hövzələrinin sahilində keçirilən təmizlik aksiyalarında iştirak ediblər










Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiyalar Kür çayı, Araz çayı, Sumqayıtçay, Qusarçay, Qudyalçay, Pirsaatçay, Gümrükçay, Kiş çayı, Tərtərçay, Gəncəçay çay sahillərində təşkil olunub.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci ildə keçirilən toplantısında iyunun 5-nin hər il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu il bu təqvim günü “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” devizi altında təşkil edilib.