REGİONLAR
Qəbələnin Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub

Bakı, 7 iyun, AZƏRTAC
Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Agentliyin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin edilib.
Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 30.09.2023 [21:17]
Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir
- 30.09.2023 [19:54]
“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub
- 30.09.2023 [17:43]
Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq
- 30.09.2023 [16:50]
Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq
- 30.09.2023 [16:25]