İQTİSADİYYAT
Orxan Məmmədov: KOBİA ölkə üzrə 17 min iş adamı ilə 345 görüş keçirib

Bakı, 9 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə üzrə 17 min iş adamı ilə 345 görüş keçirib. Bu görüşlərdə iş adamlarının üzləşdiyi problemlər dinlənilib, araşdırılıb və həll edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri KOBİA-nın sədri Orxan Məmmədov “Dağ-mədən sahəsində mövcud imkanlar” mövzusunda keçirilən biznes forumda deyib.
O bildirib ki, mədən sahəsində fəaliyyət göstərən şirkətlərin işini asanlaşdırmaq və koordinasiyası üçün Qum-Çinqıl İstehsalçıları Birliyi yaradılıb. Bu birlikdə aparılan müzakirələr və iş prinsipinin müəyyələşdirilməsi çay yataqlarının dərinləşməsinin, torpaq sürüşməsinin, sel sularının vurduğu ziyanların qarşısını alır.