Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Heydər Əliyev - Qurtuluşun Qəhrəmanı

Heydər Əliyev - Qurtuluşun Qəhrəmanı

Bakı, 9 iyun, AZƏRTAC

Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb.

Dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar. Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Müsəlman Şərqinin qüdrətli dövlətləri sırasında yer ala bildilər. Səfəvilər bir az da irəli gedərək imperiya yaratmağa nail oldular. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız Müsəlman Şərqində ilk parlamentli respublikanın bünövrəsini qoyaraq tarixə düşdülər. Bu dövlət 23 ay yaşasa da 350 ilkə imza atmağa müvəffəq oldu. 1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq dövlət kimi fəaliyyət göstərdi. Hər bir müttəfiq respublika nəhəng Sovet dövlətindən yararlanmaq istəyirdi. Bu, daha çox müttəfiq respublikaya rəhbərlik edən şəxsin bacarığından asılı idi. Heydər Əlirza oğlu Əliyev 1969-cu il iyulun 14-dən Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında Mərkəzin tapşırığı ilə Azərbaycan Ali Soveti Rəyasət Heyəti dörd min kvadratkilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxardı. Heydər Əliyev hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan vermədi.

Bu sözlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun "Heydər Əliyev - Qurtuluşun Qəhrəmanı" adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubileyi 1969-cu ildə keçirildi. Yubiley toplantısına rəhbərlik edən Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu o dövr üçün çox böyük siyasi hadisə idi. Heç kimin ağlına gəlmirdi ki, rus dilinin hökm sürdüyü bir dövrdə müttəfiq respublikanın Birincisi öz doğma dilində məruzə edə bilər. Amma Ulu Öndər Heydər Əliyev bu çıxışı etdi və xalqının ürəyində özünə rəğbət qazandırdı.

Azərbaycanı aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevirən respublikanın Birincisi ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mübarizə apardı və nəhayət 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu.

Azərbaycanda mükəmməl ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini ölkənin ən nüfuzlu ali məktəblərinə göndərməyə nail oldu.

1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq dövlətlər milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev Mərkəzin bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.

Heydər Əliyevə qədər Azərbaycan xalqının milli sərvəti olan neft və qaz qonşu respublikalara onların sərvəti kimi verilirdi. Heydər Əliyev Mərkəzin bu siyasətini müəyyən qədər respublikanın xeyrinə dəyişməyə nail oldu.

Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Heydər Əliyev bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də müasir silahlarla təchiz edilən hərbi hissələrdə xidmət etməyə başladılar.

Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin bu sahədə uzaqgörən siyasətinə heyran olmamaq mümkün deyil.

Azərbaycanı uğurlu və bacarıqlı siyasəti ilə müttəfiq respublikalar arasında birincilərdən edən Heydər Əliyevin Sovet dövlətinin idarəçiliyində də böyük xidmətləri olmuşdur. O, yeganə türk-müsəlmandır ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri oldu.

Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi. 1990-cı ilin 20 yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Düşmən tərəf öz havadarlarının gücündən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazırlayırdı.

Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə sinə gərərək, bölgəni işğal təhlükəsindən qurtara bildi. Muxtar respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağını düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi, sovet sosialist ifadəsindən imtina etdi.

1991-ci ilin oktyabında dövlət müstəqilliyinin bərpası haqqında qəbul edilən Konstitusiya Aktı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 Yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicatını Heydər Əliyevin Bakıya dönüşündə görürdü.

Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanın parçalanmaq və yox olmaq təhlükəsindən qurtarmaq üçün Bakıya gəldi. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə, Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamamaq üçün güclü dövlət başçısına, cəsarətli Ali Baş Komandana ehtiyac var idi. 1990-cı ildə Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üç rəngli bayrağı əbədi etmək üçün Heydər Əliyevə hava və su qədər ehtiyac var idi. Heydər Əliyev xalqın köməyinə gəlməli idi və gəldi. İllərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu. Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev parçalanmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətimizin başına keçdi və bu yolda əngəl olan bütün qüvvələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı. Ulu Öndər Heydər Əliyev həyatını təhlükə altına ataraq Gəncədə dövlətə asilik edən qüvvələrlə görüşdü. Dövlət müstəqilliyinə xələl gəlməmək üçün bütün qüvvələri əmin-amanlığa dəvət etdi və çətinliklə də olsa buna nail oldu.

Ümummilli Lider Heydər Əliyev 15 iyuna gələn yolu xilas etdiyi kimi, 15 iyundan sonra da şərəfli bir tarixin əsasını qoydu.

Ölkədə daxili sabitliyə nail oldu, dövlət çevrilişlərə cəhdləri zərərsizləşdirdi, təcavüzkar Ermənistanla atəşkəsə nail oldu, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imzalamadı, Azərbaycanı təhdidlərdən qorumaq üçün ölkənin Müstəqil Dövlətlər Birliyinə üzv qəbul edilməsinə razılıq verdi. 1990-cı il 20 yanvar və Xocalı soyqırımına siyasi qiymət verməyə, 31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit olunmasına, azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması haqqında fərmanların verilməsinə, Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə, ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasına, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul olunmasına, müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasına və ilk parlament seçkilərinin keçirilməsinə, Aqrar islahat həyata keçirməklə torpaqların təmənnasız olaraq kəndlilərə verilməsinə, qonşu dövlətlər, o cümlədən dünyanın nüfuzlu dövlətləri ilə balanslaşdırılmış siyasətin həyata keçirilməsinə, dünyanın, o cümlədən BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunmasına, Ordu quruculuğu sahəsində uğurlar qazanmaq və düşməni torpaqlarımızdan çıxarmaq üçün ali hərbi məktəblərin yaradılmasına, Azərbaycançılıq ideologiyasının və “Bir millət, iki dövlət” konsepsiyasının həyata vəsiqə almasına, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu.

Ümummilli Lider Heydər Əliyev özündən sonra Azərbaycan xalqına dörd əmanət qoydu: Müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası, müstəqil Azərbaycan dövlətinin Konstitusiyası və Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, Azərbaycanın dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində öz uğurlu nəticəsini verdi. Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün əks hücuma keçməklə Vətən müharibəsini başlamağa məcbur etdi. Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, düşməni darmadağın edərək onu bəyanata danışıqsız imza atmağa məcbur etdi.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bütün işlər, o cümlədən Qarabağla bağlı mübarizəsi bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

İsveçdə cinayətkarlığın artmasına görə sentyabr “qara” ay adlandırılıb

DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Azərbaycan Prezidenti: Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib

Prezident: Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib

Prezident İlham Əliyev: 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib

Azərbaycan İlahiyyat İnstitutunu bitirmiş Gürcüstan vətəndaşlarına diplomlar təqdim olunub

“Araz-Naxçıvan”ın futbolçusu: “Zirə” komandasının lider olması bizi narahat etmir

Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb

“Toyota” Hindistanda üçüncü avtomobil zavodu tikəcək

Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir

Gələn il Azərbaycanda EUROSAI WGEA-nın növbəti illik toplantısı keçiriləcək

Dövlət Komitəsinin sədri Xocalı sakinlərinin suallarını cavablandırıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlində tədbir keçirilib

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edib

Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirir

Prezident: Zəngilan məscidinin inşası yekunlaşır

Rusiya XİN-ə Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb

"Araz-Naxçıvan" klubunun qapıçısı İsveç və Polşa yığmaları ilə oyunlara çağırılıb

Azərbaycan Prezidenti: Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik

“Star Avto Servis” MMC-nin kollektivinə fövqəladə hallar zamanı davranış qaydaları aşılanıb

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

® “Araz” supermarketlər şəbəkəsi ölkə iqtisadiyyatına dəyər qatır

Qənirə Ələsgər qızı Paşayeva

Malta “MED 9” sammitinə ev sahibliyi edir

Prezident: Ağalı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar

Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

“Azərkosmos”un sədri: Bu seminar Azərbaycana və bütün tədbir iştirakçılarına yeni ideyalar qazandıracaq

Prezident İlham Əliyev: Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir

ÜST: Dünya üzrə koronavirus ağırlaşmalarında dəyişiklik müşahidə olunmayıb

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

İtaliyada nəqliyyat və aviasiya işçiləri tətil ediblər

Qırğız nəşri antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranan reallıqlardan yazıb

Bu il Aralıq dənizi ilə Avropaya 186 min qanunsuz mühacir gəlib

Ağcabədililər narkomaniyanın verdiyi fəsadlar barədə məlumatlandırılıblar

QMİ rəsmisi: Dövlətimizin Qarabağ ermənilərinə münasibəti Ermənistandan və Fransadan fərqimizi göstərir

Latviya Futbol Liqasının prezidenti “Qarabağ”ın oyununa təyinat alıb

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Azərbaycan-Türkiyə III Enerji Forumunda mühüm sənədlər imzalanıb

FHN əməkdaşı: 3 yaşında əliyalın çıxdığım doğma Xankəndiyə qəhrəman Azərbaycan əsgəri kimi qayıtdım VİDEO

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

Akademik Rafael Hüseynov türk dövlətləri diaspor gəncləri ilə görüşüb

Kukla Teatrı oktyabr repertuarını açıqlayıb

İcma: Braziliya XİN-in son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb

“Filumena Marturano” tamaşası yenidən səhnədə

İstehlakçılara 461,2 milyon manat ƏDV məbləği qaytarılıb

BDU-da qazilərlə görüş

® “Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib

Xaçmazda Qudyalçay üzərindəki yeni körpünün dayaqlarının inşasına başlanılıb

Bakıda II Beynəlxalq Onkoloji Konfrans keçirilir

ABŞ Prezidenti Cozef Bayden Qazaxıstana səfər edə bilər

“Azərkosmos” Ümumdünya Kosmos Həftəsinə hazırlaşır

Qohumunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

AFFA-da qadın məşqçilər üçün UEFA kursu təşkil olunub

Deputat: Təəssüf ki, hazırda beynəlxalq hüquq işləmir

İAF rəsmisi: Azərbaycanda güclü kosmik ekosistem yaradılıb

Hesablama Palatasının sədri MDB-yə üzv dövlətlərin AAO Rəhbərləri Şurasının iclasında iştirak edib

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib 
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib YENİLƏNİB VİDEO

Qudyalçay üzərində yeni körpünün inşasına start verilib

Rəvan Həsənov: Ermənistan regiondakı prosesləri təhrif edərək "etnik təmizləmə" kimi təqdim edir

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Mixail Qusman: Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın münasibətlər var

MN: Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib VİDEO

İşğaldan azad edilmiş Dövlətyarlı kəndində günəş panelləri quraşdırılacaq

® Müştərilər sentyabr ayında “OBA” ilə 70 faizədək qənaət etdi

Dövlətyarlı kəndində “Ağıllı kənd” təsərrüfatı yaradılacaq

® “Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 8 nəfər xilas olunub

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Kitabxanada “Azad Mirzəcanzadə - 95” adlı virtual kitab sərgisi hazırlanıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Naxçıvanda Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib

Düşənbədə Baş nazir Əli Əsədov Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb

Beynəlxalq axtarışda olan Moldova vətəndaşı Britaniyadan Azərbaycana ekstradisiya edilib

Bakıda "Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans işə başlayıb

İqlim dəyişikliyi problemlərinin həllində İKT tətbiqinin konseptual əsaslarına dair məruzə dinlənilib

“Neftçi”nin futbolçusu: Tovuza üç xal qazanmaq üçün gedirik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbər şəxsləri nüfuzlu beynəlxalq mükafata layiq görülüblər

Lasaqabaster: Mesenat Tağıyevin hələ ötən əsrin əvvəllərində önəm verdiyi təhsil bu gün UNESCO-nun əsas prioritetidir

ADPU: Qarabağ və Şərqi Zəngəzurda tələbələrin pedaqoji internatura keçmələri planlaşdırılır

Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib VİDEO

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Adı dəyişdirilən basketbol klubu Xaçmazı təmsil edəcək

Riskli vergiödəyicisi kimdir və riskli əməliyyatlara qarşı mübarizə necə aparılır?

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum - BDU-da elmi seminar

Sentyabrın 29-u Ümumdünya Ürək Günüdür

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatıb

Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək

Fuad Nəcəfli: Dövlət Proqramına uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaq

Çin şirkətləri Azərbaycanda elm tutumlu istehsal müəssisələri yaradılmasına maraq göstərir

ARDNF-də “Uğurlu Səhm” müsabiqəsinin ilkin mərhələsi başa çatıb

Azərbaycan və Fransa parlamentlərinin sədrləri Dublində görüşüblər

Mərhum deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilib CANLI

“Acwa Power” şirkəti ilə yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması müzakirə olunub

Alparslan Bayraktar: Azərbaycan ilə Türkiyə arasında elektrik enerjisinin idxal-ixrac infrastrukturunun yaradılması nəzərdə tutulur

Frilanser kimi çalışan vergiödəyicisinin hansı öhdəlikləri yaranır?