Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ulu Öndər Heydər Əliyev Nizami irsinin öyrənilməsinə və təbliğinə hər zaman böyük diqqət göstərib

Ulu Öndər Heydər Əliyev Nizami irsinin öyrənilməsinə və təbliğinə hər zaman böyük diqqət göstərib

Bakı, 9 iyun, AZƏRTAC

1979-cu ildə Ulu Öndər Heydər Əliyevin dahi Nizami Gəncəvinin irsinin öyrənilməsi, nəşri və təbliği haqqında xüsusi qərar imzalaması ilə ölkəmizdə nizamişünaslığın yeni mərhələsi başlandı. Onun təşəbbüsü ilə 1981-ci ilin avqustunda Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin qeyd edilməsi haqqında xüsusi qərar qəbul olundu. Bu qərardan sonra dahi şairin adının əbədiləşdirilməsi və təbliği istiqamətində müvafiq tədbirlər həyata keçirildi, nizamişünaslıqda xüsusi canlanma baş verdi. Əlamətdar haldır ki, 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun nəzdində Əməkdar elm xadimi Rüstəm Əliyevin rəhbərliyi altında Nizamişünaslıq şöbəsi yaradıldı. Həmin illərdə (1981-1983) Nizami əsərlərinin Azərbaycan dilinə poetik tərcümələri yenidən redaktə olunaraq nəşr edildi, “Xəmsə”yə daxil olan əsərlərin mükəmməl filoloji tərcüməsi ərsəyə gəldi. Tərcümələrin, onlara yazılan izah, qeyd, şərh və lüğətlərin müəllifləri Rüstəm Əliyev, Həmid Məmmədzadə, Mübariz Əlizadə, Qəzənfər Əliyev, Vaqif Aslanov, Zümrüd Quluzadə kimi həm təcrübəli, həm də yeni nəsil nizamişünaslar və şərqşünas-tərcüməçilər idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov söyləyib. O bildirib ki, ötən əsrin 80-ci illərində böyük mütəfəkkirin həyat və yaradıcılığının daha ətraflı öyrənilməsi, əsərlərinin müxtəlif istiqamətlərdən tədqiqi məqsədi ilə bir neçə Nizami lektoriyası təşkil olundu, əhəmiyyətli respublika və ümumittifaq xarakterli konfranslar keçirildi, nizamişünaslığın aktual problemlərinə həsr olunmuş elmi məruzələr dinlənildi. Həmçinin Nizami və onun təsiri ilə yaranan ədəbiyyat mövzusunda Məmməd Cəfər Cəfərovun “Nizaminin fikir dünyası” monoqrafiyası kimi yeni tədqiqat işi ərsəyə gəldi. Azadə Rüstəmova, Xəlil Yusifli, Arif Hacıyev, Nüşabə Araslı, Tağı Xalisbəyli, Çingiz Sasanian və başqa nizamişünaslarımız yaşlı nəsildən estafeti uğurla alaraq bu istiqamətdə daha cəsarətli addımlar atdılar, nizamişünaslığın üfüqlərini bir qədər də genişləndirdilər.

1981-ci ildə Ümummilli Lider Heydər Əliyevin Nizami Gəncəvinin 840 illik yubileyinin qeyd olunması haqqında imzaladığı tarixi qərarından sonra Rüstəm Əliyev silsilə kitablar nəşr etdirdi, dünya şərqşünaslarının yaradıcılığından dahi şairin türklüyünü qabardan, onun xalqı ilə əlaqəsini önə çəkən məqamları tərcümə edərək bir kitaba toplayıb geniş oxucu kütləsinə çatdırdı. Onun 1981-ci ildə nəşrə hazırladığı “Məşhur rus alimləri və yazıçıları Nizami Gəncəvi haqqında” kitabı şairin milli mənsubiyyəti etibarilə Azərbaycan-türk etnosuna aid olmasının, əsərlərindəki xalqına bağlılığın görkəmli rus tədqiqatçıları tərəfindən də sübuta yetirildiyini heç bir şərhə ehtiyac olmadan aşkar şəkildə nümayiş etdirir.

Ulu Öndərin mədəniyyət siyasətinin mühüm tərkib hissəsi olan Azərbaycan şairi Nizami Gəncəvinin dünyada daha geniş coğrafiyada təbliği və əsərlərinin daha dərindən tədqiqi, nəşri işlərinin təkmilləşdirilməsi istiqamətində atdığı mühüm addımlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2011-ci ildə şairin 870 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün ölkə Prezidenti 2011-ci ildə Sərəncam imzaladı. Həmin il şairin yubileyinin dünyanın əksər ölkələrində təntənə ilə qeyd olunması, əsərlərinin nəşri, tədqiqi və təbliği ilə bağlı işlər yeni məcraya qədəm qoydu. Nizami haqqında mətbuatda məqalələr dərc olundu, ölkədə və ondan kənarda elmi-praktik konfranslar keçirildi, şairin əsərlərinin əlyazmalarının fotofaksimilesi nəşr olundu, yeni monoqrafik tədqiqatlar işıq üzü gördü, bəzi sanballı araşdırmalar yenidən çapa hazırlandı. Hətta müasir dövrdə elmi əhəmiyyətini qoruyan Y.E.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” monoqrafiyası ingilis dilinə çevrilərək dünya oxucusuna təqdim olundu, dünya ölkələrində Nizami mərkəzləri yaradıldı ki, bu da onun bir Azərbaycan şairi kimi təbliğində xüsusi önəm kəsb edir.

“2011-ci ildən bəri alimlərimiz Nizaminin türklüyü, Azərbaycan xalqına məxsusluğu, öz millətinin etnik dəyərlərinə bağlılığını inkar etməyə yönələn əks-təbliğatçılarla mübarizə aparır, bu sahədə uğurlu addımlar atırlar. Alimlərimiz bir çox ölkələrin mətbuatında, nüfuzlu elmi jurnallarında bu mövzuda sanballı məqalələr çap etdirirlər. “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamından sonra ölkədə nizamişünaslıq sahəsində yeni canlanma oldu. Təqdirəlayiq haldır ki, Azərbaycan nizamişünasları səylərini birləşdirib “Nizami Gəncəvinin biblioqrafiyası: izahlı məlumat kitabı” adlı beynəlxalq nəşrin məsələsini qaldırıb, “Nizami Gəncəvinin həyat və yaradıcılığı” adlı kollektiv monoqrafiyanı nəşr etdiriblər. “Nizami lüğəti”nin hazırlanması üzərində çalışır, şairin irsini müxtəlif aspektlərdən tədqiq edirlər. Göründüyü kimi, Azərbaycan nizamişünaslığı Ulu Öndərin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçib, mühüm nailiyyətlər əldə edib. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, nizamişünaslığa dövlət qayğısı Azərbaycanda mədəniyyət siyasətinin mühüm tərkib hissəsidir”, - deyə Ə.Nəcəfov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Liderlərin Naxçıvan görüşü Türk dünyasına milli qürur və birlik hissi bəxş etdi - RƏY

Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir

Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub

Şəkidə üzərində “Kalaşnikov” gəzdirən, narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 16 nəfər ifşa edilib

MDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur

ABŞ prezidentliyinə namizəd: Ölkəyə Ukraynadakı münaqişəyə son qoymaq üçün plan lazımdır

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib

ABŞ Ssenaristlər Gildiyası beşaylıq tətili dayandırıb

Futbol üzrə İspaniya La Liqasında sürpriz lider

Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür

İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bolqarıstan mediasında materiallar dərc olunub

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Pakistanda Anım Günü ilə bağlı tədbir keçirib

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dövlət xətti uğurla inkişaf edir

Anım Günü ilə əlaqədar Şirvanda ümumşəhər tədbiri keçirilib

Bakıda “Üzeyir Hacıbəylinin musiqi şah əsərləri” adlı fotosərgi açılıb

İki yüz illik işğal tarixi 44 gündə Qələbə təqvimi ilə əvəzləndi

Azərbaycanın Belarus əsilli Milli Qəhrəmanının xatirəsi anılıb

Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək

Azərbaycan və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər

Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Ombudsman: Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib

Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

Politoloq: Naxçıvan yeni nəqliyyat qovşağına çevrilir

Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini anıblar

Günay Əfəndiyeva: Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir

Qaradağ rayonunda Anım Günü ilə əlaqədar 300-dən çox ağac əkilib

Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır

Federasiya prezidenti: Tarixi zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO

ADU-nun kollektivi Zəfər parkında olub

Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

Beynəlxalq konfransın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

“Böyük zəfərdən tam və qəti qələbəyədək” - elmi konfrans

“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub

Azərbaycanla Türkiyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində tərəfdaşlığı daha da genişləndirəcək

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib

BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr olunub

Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini,Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib   YENİLƏNİB VİDEO

Gəncədə Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq

Dövlət Komitəsi: Böyük Qayıdış Xankəndidən məcburi köçkün düşmüş azərbaycanlı əhalini də əhatə edəcək

Moldova Konstitusiya Məhkəməsinin sədrinə Ermənistanın mina terroru barədə məlumat verilib

Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

Azərbaycan riyaziyyatçıları Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin medalları ilə təltif olunublar

Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu

Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər

BDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

ÜST məktəblərdə adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə onları nümunə göstərmək hamının ən müqəddəs borcudur

Azərbaycan millisinin baş məşqçisi: Komandamızda perspektivli basketbolçular çoxdur

DMX-nin əməkdaşları şəhid olan Vətən övladlarının xatirəsini Zəfər parkında ehtiramla anıblar

Ağalıda şəhidlərin xatirəsi yad olunub

İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Ali Baş Komandanın qətiyyətli siyasətinin və Ordumuzun gücünün təcəssümü

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Göyçayda Vətən müharibəsi şəhidləri anılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiyalı ekspert: Artıq Bakı ilə Ankaranın geniş müttəfiqliyi inteqrasiya ilə əvəzlənir

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunun kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub

Mikrobioloq alim Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib