Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Moskvada kinorejissor Tofiq Şahverdiyevin yaradıcılıq axşamı olub

Moskva, 9 iyun, AZƏRTAC

Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar mədəniyyət işçisi, kinorejissor, ssenarist, fotoqraf və rəssam Tofiq Şahverdiyevin yaradıcılıq axşamı olub.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Azərbaycan nümayəndəliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası çıxış ediblər.

Tofiq Şahverdiyev Rusiya Rəssamlar İttifaqı, Rusiya Kinorejissorlar Gildiyası, Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının üzvü, bir çox beynəlxalq mükafatların, o cümlədən “Qızıl göz” mükafatının laureatıdır.

Yaradıcılıq axşamı çərçivəsində iyunun 30-dək davam edəcək T. Şahverdiyevin fotoqrafiya işlərindən ibarət sərgi açılıb, onun “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” qısametrajlı filmləri nümayiş etdirilib.

Tədbiri açan kitabxananın direktoru Pavel Kuzmin Heydər Əliyev Fonduna və Azərbaycan Mədəniyyət Mərkəzinə əməkdaşlığa görə təşəkkürünü bildirib. O deyib: “Tofiq Şahverdiyevin fotoşəkillərinə tamaşa etdikdə, hamıya yaxşı tanış olan “Baharın on yeddi anı” filmindən mahnının sürətlə ötən anlar haqqında sözlərini xatırlayırsan. İnsanın həmin anları tuta bilməsi böyük xoşbəxtlikdir. Bu, çəkdiyi fotoşəkillərdə öz daxili dünyasını dərk etmək bacarığıdır və əsl incəsənətdir. Başa düşünürsən ki, hər bir insanın qəlbi, hissləri və emosiyaları var. Bizi birləşdirən də bunlardır. Bizim üçün açdığınız sənət dünyanıza, qəlbinizə görə təşəkkür edirik”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar rəhbəri Tamilla Əhmədova əməkdaşlığa görə kitabxana rəhbərliyinə təşəkkür edərək bildirib ki, bu gün təqdim edilən birgə iş Rusiya ilə Azərbaycan arasında böyük dostluğa olan kiçik töhfədir. O əlavə edib: “Fotoqrafiya incəsənət Olimpində onuncu muza olmalıdır. Bu, təkcə kağız üzərində təsvirdən ibarət deyil, həm də bizim tariximizdir. Eynşteyn təsadüfən deməyib: “Fotoqrafiyanın olması bir xoşbəxtlikdir, çünki dünən yaşadığımız an bizim üçün gələcəyə açılan bir qapıdır”. Tofiq Rzaqulu oğlu bu peşənin əsl ustasıdır. Onun təkrarolunmaz üslubu, manerası var. Sizin onun əsərlərinə diqqətlə baxmaq imkanınız olacaq və görəcəksiniz ki, onlarda dinamika və işıqların oyunu var. O, bizim hər birimizin yanından keçərək görə bilməyəcəyimiz məqamları qeydə almaq sahəsində hansısa qeyri-adi hissiyyata malikdir. İstedadlı insan bütün sahələrdə talantını göstərir. Fotoqrafiya ilə yanaşı, o, əla filmlər də çəkir. Mənim üçün xoşdur ki, siz bu gün onun üç ekran əsəri – “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” filmlərinə tamaşa edəcəksiniz. Sonuncu film xüsusilə aktualdır. Bu ekran əsəri hərbi formada olan insanların silah deyil, musiqi notlarının dili ilə danışa biləcəyi haqqındadır”.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu mərkəzin həyata keçirdiyi layihələrə hərtərəfli dəstəyinə görə Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkürünü bildirib. O deyib: “Tofiq Şahverdiyevi mədəniyyət mərkəzinə Tamilla Əhmədova gətirib və məhz o, hazırda burada gördüyümüz bütün gözəlliklərin təşəbbüskarıdır. Bu gün biz ustad və rəssamla tanış oluruq. Mənə elə gəlir ki, Uilyam Tekkereyin fotoqrafiya haqqında fikirləri Tofiq Şahverdiyevin yaradıcılığına ideal şəkildə uyğun gəlir: “Fotoqrafiya sənəti tanış olanı yeni məzmunda, yeniliyi isə tanış kimi təqdim etməkdir”.

Tədbirin təşkilatçılarına və qonaqlara yaradıcılığına göstərdikləri diqqətə görə minnətdarlıq edən Tofiq Şahverdiyev deyib: “Mən özümü həm azərbaycanlı, həm də rus kimi hiss edirəm. Ona görə də birinci iki filmimi Azərbaycanda, qalanları isə Rusiyada lentə almışam”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Vətən müharibəsi iştirakçısı: Öz bisnesimi qurmaq üçün hər cür şəraitim var

Kürdəmirdə bölgə vətəndaşlarının aqrar sahə ilə bağlı müraciətlərinə baxılıb

Azərbaycanın qadın taekvondoçuları Cənubi Koreyada hazırlıq keçirlər

İsveçdə cinayətkarlığın artmasına görə sentyabr “qara” ay adlandırılıb

AMADA ilə ictimai birlik arasında Anlaşma Memorandumu imzalanıb

DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib əlaqə yaratmaqdan başqa çarəsi yoxdur - RƏY

Azərbaycan Prezidenti: Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib

® “Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir

Türkiyənin yüksək elmi qurumlarının rəhbərləri Şərqşünaslıq İnstitutunda olublar

Vətən müharibəsindən sonrakı dövrdə 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub

Robert Mobili: Vətən müharibəsi zamanı Azərbaycandakı icmaların birliyi özünü ən yüksək səviyyədə göstərdi

Qarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks hərbi məqsədlər üçün istifadə olunub

Prezident: Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib

Prezident İlham Əliyev: 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib

Azərbaycan İlahiyyat İnstitutunu bitirmiş Gürcüstan vətəndaşlarına diplomlar təqdim olunub

“Araz-Naxçıvan”ın futbolçusu: “Zirə” komandasının lider olması bizi narahat etmir

Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb

“Toyota” Hindistanda üçüncü avtomobil zavodu tikəcək

Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir

Gələn il Azərbaycanda EUROSAI WGEA-nın növbəti illik toplantısı keçiriləcək

Dövlət Komitəsinin sədri Xocalı sakinlərinin suallarını cavablandırıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlində tədbir keçirilib

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edib

Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirir

Prezident: Zəngilan məscidinin inşası yekunlaşır

Rusiya XİN-ə Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb

"Araz-Naxçıvan" klubunun qapıçısı İsveç və Polşa yığmaları ilə oyunlara çağırılıb

Azərbaycan Prezidenti: Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik

“Star Avto Servis” MMC-nin kollektivinə fövqəladə hallar zamanı davranış qaydaları aşılanıb

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

® “Araz” supermarketlər şəbəkəsi ölkə iqtisadiyyatına dəyər qatır

Qənirə Ələsgər qızı Paşayeva

Malta “MED 9” sammitinə ev sahibliyi edir

Prezident: Ağalı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar

Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

“Azərkosmos”un sədri: Bu seminar Azərbaycana və bütün tədbir iştirakçılarına yeni ideyalar qazandıracaq

Prezident İlham Əliyev: Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir

ÜST: Dünya üzrə koronavirus ağırlaşmalarında dəyişiklik müşahidə olunmayıb

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

İtaliyada nəqliyyat və aviasiya işçiləri tətil ediblər

Qırğız nəşri antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranan reallıqlardan yazıb

Bu il Aralıq dənizi ilə Avropaya 186 min qanunsuz mühacir gəlib

Ağcabədililər narkomaniyanın verdiyi fəsadlar barədə məlumatlandırılıblar

QMİ rəsmisi: Dövlətimizin Qarabağ ermənilərinə münasibəti Ermənistandan və Fransadan fərqimizi göstərir

Latviya Futbol Liqasının prezidenti “Qarabağ”ın oyununa təyinat alıb

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Azərbaycan-Türkiyə III Enerji Forumunda mühüm sənədlər imzalanıb

FHN əməkdaşı: 3 yaşında əliyalın çıxdığım doğma Xankəndiyə qəhrəman Azərbaycan əsgəri kimi qayıtdım VİDEO

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

Akademik Rafael Hüseynov türk dövlətləri diaspor gəncləri ilə görüşüb

Kukla Teatrı oktyabr repertuarını açıqlayıb

İcma: Braziliya XİN-in son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb

“Filumena Marturano” tamaşası yenidən səhnədə

İstehlakçılara 461,2 milyon manat ƏDV məbləği qaytarılıb

BDU-da qazilərlə görüş

® “Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib

Xaçmazda Qudyalçay üzərindəki yeni körpünün dayaqlarının inşasına başlanılıb VİDEO

Bakıda II Beynəlxalq Onkoloji Konfrans keçirilir

ABŞ Prezidenti Cozef Bayden Qazaxıstana səfər edə bilər

“Azərkosmos” Ümumdünya Kosmos Həftəsinə hazırlaşır

Qohumunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

AFFA-da qadın məşqçilər üçün UEFA kursu təşkil olunub

Deputat: Təəssüf ki, hazırda beynəlxalq hüquq işləmir

İAF rəsmisi: Azərbaycanda güclü kosmik ekosistem yaradılıb

Hesablama Palatasının sədri MDB-yə üzv dövlətlərin AAO Rəhbərləri Şurasının iclasında iştirak edib

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib 
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib YENİLƏNİB VİDEO

Qudyalçay üzərində yeni körpünün inşasına start verilib

Rəvan Həsənov: Ermənistan regiondakı prosesləri təhrif edərək "etnik təmizləmə" kimi təqdim edir

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Mixail Qusman: Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın münasibətlər var

MN: Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib VİDEO

İşğaldan azad edilmiş Dövlətyarlı kəndində günəş panelləri quraşdırılacaq

® Müştərilər sentyabr ayında “OBA” ilə 70 faizədək qənaət etdi

Dövlətyarlı kəndində “Ağıllı kənd” təsərrüfatı yaradılacaq

® “Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 8 nəfər xilas olunub

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Kitabxanada “Azad Mirzəcanzadə - 95” adlı virtual kitab sərgisi hazırlanıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Naxçıvanda Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib

Düşənbədə Baş nazir Əli Əsədov Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb

Beynəlxalq axtarışda olan Moldova vətəndaşı Britaniyadan Azərbaycana ekstradisiya edilib

Bakıda "Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans işə başlayıb

İqlim dəyişikliyi problemlərinin həllində İKT tətbiqinin konseptual əsaslarına dair məruzə dinlənilib

“Neftçi”nin futbolçusu: Tovuza üç xal qazanmaq üçün gedirik

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbər şəxsləri nüfuzlu beynəlxalq mükafata layiq görülüblər

Lasaqabaster: Mesenat Tağıyevin hələ ötən əsrin əvvəllərində önəm verdiyi təhsil bu gün UNESCO-nun əsas prioritetidir

ADPU: Qarabağ və Şərqi Zəngəzurda tələbələrin pedaqoji internatura keçmələri planlaşdırılır

Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib VİDEO

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Adı dəyişdirilən basketbol klubu Xaçmazı təmsil edəcək

Riskli vergiödəyicisi kimdir və riskli əməliyyatlara qarşı mübarizə necə aparılır?

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum - BDU-da elmi seminar

Sentyabrın 29-u Ümumdünya Ürək Günüdür