Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Çay daşı üzərində cızılan portretlər - REPORTAJ

Çay daşı üzərində cızılan portretlər -   REPORTAJ

Xaçmaz, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Bu sənətkar fırça yerinə avtomobil mühərrikinin klapanlarından, kağız əvəzinə isə kiçik çay daşlarından istifadə edir. 14 yaşından daşların sehrinə düşən xaçmazlı rəssamın indi 600-dən çox əl işi var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ədalət Pirverdiyev (Elman) daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır. O, 1979-cu ildə Xaçmaz rayonunun Alıcqışlaq kəndində dünyaya göz açıb. 9 illik orta təhsilini həmin kənddə başa vurub. Sonra rayondakı 92 saylı peşə liseyində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

“Uşaq olanda Qobustan qayalarındakı rəsmlərdən ilhamlanaraq daşlar üzərində iti alətlə cızmaqla şəkillər çəkməyə başladım. Sonradan oyma üsuluna keçdim. Bu, çox səbir tələb edən işdir. Daş üzərində bir əl işi 2-3 aya ərsəyə gəlir. Ən çox vaxt aparan portretlərdir”, - deyə Ə.Pirverdiyev bildirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Pirverdiyev daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. O, Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.

Otuz ildir daş üzərində oyma sənəti ilə məşğul olan rəssamın bu sənətin sirlərinə yiyələnməsinə Quba rayonunun Qalaxudat kəndindən olan sənətkar Qərib Soltanovun da böyük rolu olub. Ədalət Pirverdiyev işlədiyi alətləri məhz onun tövsiyəsi ilə seçib. Rəssam daşları oymaq üçün avtomobil mühərrikindəki böyük və balaca klapanlardan istifadə edir. Daşlar üzərində karandaşla çəkilən eskizlər ucları itilənmiş klapanlarla yonulur.

“Daşları şimal bölgəsindəki Qudyalçay, Qusarçay, Ağçay və Qaraçaydan toplayıram. İşləmək üçün hamar və müxtəlif rəngli daşlar tapmaq lazımdır. Həm də oyacağım şəklə uyğun formada və rəngdə daşlar olmalıdır. Əvvəlcə daşın üzərində rəsmin eskizini çəkirəm. Sonra isə oymağa başlayıram. Qalın klapanla rəsmin kənarlarını, nazik ucu ilə isə insanın saçlarını, gözlərinin konturlarını cızıram. Kiçik bir səhv daşın qopması və əl işinin məhv olması ilə nəticələnir. Ona görə təmkinlə işləmək lazımdır”, - deyə Ə.Pirverdiyev bildirib.

Daşları danışdıran rəssamın əl işləri ölkəmizdə və xaricdə 30-dan çox sərgidə nümayiş etdirilib, fərdi sərgiləri açılıb. Dəfələrlə müxtəlif müsabiqələrin qalibi adını qazanaraq, fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Ədalət Pirverdiyevin yolunu davam etdirən tələbəsi də var. Xaçmazın Aşağı Zeyid kəndindən olan 13 yaşlı Kəmalə Sərkərova meylini daş üzərində oyma sənətinə salıb. Artıq ilk əl işlərini də hazırlayıb. Ə.Pirverdiyev tələbəsinin istedadına güvənir və gələcəkdə onun da tanınmış rəssamlardan olacağına inanır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Beynəlxalq Gəmiçilik Palatası yaxın gələcəkdə gəmilərin pilotsuz idarə olunmasının zəruriliyini bildirir

Azərbaycandan Aİ ölkələrinə metanol ixracı 26,6 faiz artıb

Hindistan “Google”a rəqib olacaq yeni tətbiq platformasını istifadəyə verib

Vaşinqton Polşa ordusunun modernləşdirilməsinə 2 milyard dollar kredit ayırıb

Azərbaycan səfiri İtaliyanın “Radicale” radiosunda Qarabağ həqiqətlərindən danışıb

İraqın təhlükəsizlik xidməti ölkənin şimal-şərqində İŞİD komandirini saxlayıb

Səkkiz ayda 140 qadın sahibkara 9,9 milyon manat güzəştli kredit verilib

Türkiyə mətbuatı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşünə geniş yer verib

Eldəniz Əzizli: Uğurlarımız bununla bitməyəcək

Braziliyanın xəbər agentliyində Qarabağ həqiqətlərindən danışılıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Rafiq Hüseynov: Bu komandanın üzvü olduğuma görə fəxr edirəm

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi Türk dünyasının həmrəyliyinə böyük töhfədir

Bakıda Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə “İnan mənə” tamaşası təqdim olunub

Şirvanda şəhid ailələri ziyarət olunub

Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralananlara tibbi yardım göndərilib FOTO VİDEO

Cəlilabadda ağır yol qəzasında sürücü ölüb

“Əl-Cəzirə” telekanalında Qarabağda yaşayan ermənilərin reinteqrasiyası tədbirlərindən danışılıb

Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

İsveçdə məsciddə güclü yanğın baş verib

“Qarabağ” “Qəbələ”yə qalib gələrək üçüncü pilləyə yüksəlib

Mərkəzi Aran RTİ ilə MDU-nun əməkdaşlığı çərçivəsində “Nümunəvi məktəb” modeli üçün meyarlar hazırlanacaq

Ermənistan üçün seçim: Ya sülh və “Qafqaz evi”, ya da “dəmir yumruq”

“Dövlət siyasətimizin və qələbəmizin uğurları” mövzusunda konfrans təşkil olunub

Baş prokuror Londonda işgüzar səfərdədir

Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH

Əziz Ələkbərli: Dünyanın müxtəlif ölkələrində Qərbi Azərbaycan İcmasının ofisləri yaradılır

Parlamentin daha bir komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib

Ukraynalı ekspert: Azərbaycanın ərazilərini azad etməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyasının nəticəsidir

DQİDK sədri Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH

Ali qonağın şərəfinə rəsmi nahar

Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə: Erməni cinayətləri barədə saysız-hesabsız faktlar var

Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır

Məndən şəhid qoxusu gəlir…

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Azərbaycan boksçuları beynəlxalq turniri altı medalla başa vurublar

Türkiyə Prezidenti: Ermənistanın ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik

Ərdoğan: Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bütün dünyaya göstərdilər

Türk ekspert: İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın enerji təminatında mühüm rol oynayacaq

Sentyabrın 18-dən 24-dək Azərbaycanda COVID-19 əleyhinə 282 doza vaksin vurulub

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 229 yoluxma faktı qeydə alınıb

Türkiyə Prezidenti: İğdır-Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək

Rusiya XİN Qarabağ ətrafında və Ermənistandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib

Elçin Cəfərov: Yunan-Roma güləşçilərimizin qazandığı nəticələr möhtəşəmdir

Bolqarıstanın Burqas vilayətindən idxal olunan heyvandarlıq məhsullarına məhdudiyyət qoyulub

Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2023-cü ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“Süni İntellekt Satınalması üzrə Təlimatlar” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bu il vəkil qurumlarında 304 tələbə təcrübə keçib

Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək

Prezident Ərdoğan: Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir VİDEO

Azərbaycanın və Gürcüstanın dini qurumlarla iş üzrə dövlət qurumları əməkdaşlıq memorandumu imzalayıblar

Rəcəb Tayyib Ərdoğan: Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkırdan

Azərbaycan Prezidenti: Türkiyə ilə ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılıb

Beyləqanda pambıq yığımına başlanılıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Azərbaycan beynəlxalq nüfuzlu texnologiya tədbirində təmsil olunub

Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Prezident: Bu gün Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir

Naftalanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət edilib

Prezident İlham Əliyev: Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib VİDEO

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

“Səbail”in idman direktoru: Komandanın qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulmayıb

Rusiyanın Cənubu Qafqazda köçürmə siyasəti - Tarix İnstitutunda seminar

Prezident İlham Əliyevdən Ərdoğana: BMT-də Azərbaycanın maraqlarını ifadə edən bəyanatlarınız növbəti qardaşlıq addımıdır

Oxşar talelər

MSN-in Milli Aerokosmik Agentliyi ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərqşünaslıq İnstitutunda şəhidlərimizin xatirəsi anılıb

Azərbaycanın bölgələrində özünümaliyyələşdirmə səviyyəsi qiymətləndirilib

Prezident: Əminəm ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək

İlk dəfə Bülbülün adını daşıyan vokal məktəbi yaradılıb

Prezident: Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan arasında əməkdaşlığın aktual məsələləri ətrafında müzakirələr aparılıb

Prezident İlham Əliyev: Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir VİDEO

Pedaqoji Universitetin 80 məzunu təhsillərini xarici ölkələrdə davam etdirir

Qlobal e-ticarət bazarlarını hədəfləyən KOB-lar üçün təlimlər keçiriləcək

Azərbaycan Prezidenti: Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi

Azərbaycan-Türkiyə sənədləri imzalanıb YENİLƏNİB VİDEO

Atropatena və Albaniya tarixinin öyrənilməsində müəyyən boşluqlar var - dəyirmi masa

Prezident İlham Əliyev: İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək VİDEO

Moskva Azərbaycan və Türkiyə liderləri arasında görüşün regionda təhlükəsizliyə kömək edəcəyinə ümid edir

FHN-in əməkdaşları beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər

Azərbaycan beynəlxalq forumda təmsil olunub

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər  YENİLƏNİB VİDEO

Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 29 əcnəbi Azərbaycanda təhsil alacaq

“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib

“Azəriqaz”ın nümayəndələri Şabranda sahibkarlarla görüşəcək

Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb

Azərbaycanın və Gürcüstanın dini məsələlər üzrə qurumları əməkdaşlıq edəcək

“Turan Tovuz”un kapitanı Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib