CƏMİYYƏT
Qazaxıstanın Almatı şəhərində Ümummilli Liderin 100 illik yubileyi qeyd olunacaq

Bakı, 10 iyun, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində iyunun 12-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edəcək.
Qənirə Paşayeva səfər çərçivəsində, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 02.10.2023 [18:54]
Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO
- 02.10.2023 [18:45]