Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Süni intellekt: bəşəriyyətə töhfə, yoxsa...

Süni intellekt: bəşəriyyətə töhfə, yoxsa...

Bakı, 10 iyun, Səadət Hakıyeva, AZƏRTAC

Bu gün elm dünyasının əsas hədəfi insanlar kimi düşünən və qərar verən, hətta onlardan daha ağıllı, süni intellektli robotlar istehsal etməkdir. İstəsək də, istəməsək də, süni intellekt həyatımızda Siri və Alexa kimi proqramlaşdırılmış səsli köməkçilərdən tutmuş, özü idarə olunan avtomobillərə qədər həyatımızın müxtəlif sahələrində özünü büruzə verir. Yaradıldığı gündən barəsində optimist və pessimist fikirlər səslənsə də, süni intellektin bu gün texnologiyanın inkişafında mühüm yer tutması şübhəsizdir.

Maraqlıdır ki, dünyaşöhrətli yazıçı Den Broun son əsəri olan "Başlanğıc” romanında süni intellektin yeni tanrı olacağını və kompüterlər vasitəsilə yeni bir dinin formalaşdırılacağını vurğulayıb.

Bəs süni intellekt nədir?

Süni intellektin (Artificial intelligence, AI) əsası keçən əsrin ortalarında qoyulub. O, insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların, intellektual proqram, sistem və robotların yaradılmasını özündə ehtiva edir. Süni intellekt riyazi elm və texnologiya olaraq ən çox investisiya qoyulan və maraq doğuran sahələrdəndir. AI-dən aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyyə və digər sahələrdə daha çox istifadə olunur.

İntellektə malik maşınlar və digər süni aparatlar barədə yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. Avtomatlaşdırılmış maşınlar Heron, Ə -Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən təqdim edilib. Hələ eradan əvvəl IV əsrdə yaşamış Aristotel süni intellekt düşüncəsinin əsasını təşkil edən “sillogizm” nəticələr nəzəriyyəsinin əsasını qoyub. Roman Llull özünün "Ars Maqna” adlı məntiq aparatını 1275-ci ildə ixtira edib.

“Süni intellekt” ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. Yeni elmi istiqamət kimi süni intellektin tarixi 20-ci əsrin ortalarından başlayır. Kompüter elminin atası sayılan riyaziyyatçı, kriptoqraf, informatika elminin yaradılmasında böyük rol oynayan ingilis alim Alan Turinq isə süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə "Mind” jurnalında çap etdirib. Turinqin bu ideyası hazırda "Turinq testi” adlandırılır və süni intellektin yaradılmasında gedən araşdırmalarda ondan hələ də istifadə olunur. Test kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Onun bu yanaşması süni intellekt araşdırmalarının ən ibtidai forması idi, halbuki, indi SİRİ kimi proqramlar vasitəsilə kompüterlə ünsiyyət qurub ondan cavablar almaq artıq heyrət doğurmur. Həmçinin şahmat oyununda kompüterə uduzmaq da normal hal sayılır. Mütəxəssislər süni intellektin üç növü olduğu qənaətindədirlər. Bunlar məhdudlaşdırılmış süni intellekt, ümumi süni intellekt və süni super intellektdir.

Robotlar cinayət törətdikləri halda məsuliyyəti kim daşıyır?

Hazırda süni intellektlə müzakirə olunan ən aktual mövzulardan biri də belə bir vəziyyətdə kimin məsuliyyət daşıması məsələsidir. Çünki mövcud qanunlara görə, cinayət əməli törədildikdə məsuliyyəti ancaq hüquqi öhdəlikləri olanlar daşıyırlar və təbii olaraq, cəza da onlara verilir. Yəni, hüquq pozuntularına görə ancaq insanlar məsuliyyət daşıyırlar.

1981-ci ildə Yaponiyada motosiklet fabrikində robot texniki xəta səbəbindən idarəetməni itirərək bir işçinin ölümünə səbəb olmuşdu. O vaxtdan 40 ildən çox müddət keçib və hazırda bu məsələ hüquqla tənzimlənməyib.

Mərmərə Universitetinin hüquq fakültəsinin professoru Zəfər İçərin sözlərinə görə, süni intellekt hüquqi anlayışları dəyişdirə biləcək çox mühüm texnoloji inqilabdır. Robotun şəxsiyyətinin tanınıb tanınmaması ilə bağlı müxtəlif fikirlər səslənsə də, bu mövzuda müzakirələr davam edir. Bəzi mütəxəssislər buna ehtiyac olmadığını və süni intellektin əmtəə kimi qəbul edilməsi ilə bütün hüquqi problemlərin həll oluna biləcəyini söyləyirlər. Bu məsələdə fikir ayrılığının olması şübhəsizdir. Süni intellekt azad iradəyə malik olarsa, onun gələcəkdə insanlar kimi cəzalandırılması mümkün ola bilər.

AI-nin üstünlükləri və çatışmazlıqları

Bu gün mövcud olan intellektual sistemlərin tətbiqində çərçivənin darlığı hiss olunur. Məsələn, şahmatda insanı məğlub edə bilən proqramlar adətən suallara cavab verə bilmir.

Süni intellektin LİSP, Proloq, FRL və OPS kimi proqramlaşdırma dilləri mövcuddur. “OpenAI” tərəfindən hazırlanan Chat GPT (Generative Pre-trained Transformer) insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt chatbotunun prototipi, qabaqcıl dil modelidir. İstifadəçilər süni intellektdən esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər. “Chat GPT” proqramının istifadəçilərinin sayı hazırda kifayət qədər çoxdur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun sözlərinə görə, süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir, xətaların başvermə ehtimalı yoxdur, eləcə də kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə olunur. O, AI-nin çatışmazlıqlarından danışarkən insan əməyinə olan tələbatın aşağı düşməsi, süni intellekt proqramlarının bəd niyyətlə istifadə olunmasını da qeyd edib.

Azərbaycanda süni intellekt sahəsi necə inkişaf edir?

Prezident İlham Əliyevin uzaqgörənliyi və liderliyi ilə Azərbaycanda süni intellekt sahəsində də tərəqqi mövcuddur. Təbii ki, rəqəmsallaşma və innovasiyalara sadiqlik texnoloji inkişaf və artım üçün əlverişli mühit və zəmin yaradıb. Ölkəmiz bu sahədə regionda liderdir, iqtisadi və sosial inkişaf üçün texnologiyanın gücündən istifadə etmək istəyən digər ölkələr üçün model rolunu oynayır.

Azərbaycan hər zaman yeniliklərə açıq olması ilə fərqlənir. Bu baxımdan Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot Sofiyanın 2018-ci il oktyabrın 23-də ölkəmizə gəlməsi və dövlətimizin başçısı İlham Əliyevlə söhbət etməsi, həmçinin müxtəlif yerlərdə görüşlər keçirməsi diqqət çəkir. İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev süni intellektin idarə etdiyi android-robotla söhbət edib.

Müasir texnologiya və innovasiyaların daim inkişaf etdiyi bugünkü dünyada unikal bacarıq və zəngin təcrübəyə malik şəxslər başqalarının həyatına əhəmiyyətli təsir göstərir. Həmyerlimiz Adəm Seymurun bu sahəyə yenilik gətirən “Digital Backpack” layihəsində “Resilience” Araşdırma Mərkəzində Dr. Maykl Unqar ilə əməkdaşlıq etməsi qürurvericidir. A.Seymurun təşəbbüsü texnologiya və sosial təsir vasitəsilə həssas uşaqların həyatlarını dəyişdirmək məqsədi daşıyır.

Azərbaycanda süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi artıq tərtib edilib. Bu, cari ilin fevral ayında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub. Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək.

2023-cü ilin fevral ayında Dubayda keçirilən Dünya Hökuməti Sammitində əsas diqqət süni intellekt və inkişaf etməkdə olan texnologiyalara yönəldilib. Ölkələrin qlobal yarışda rəqabətə davamlı qalması üçün süni intellekt təhsilinə sərmayə qoymasına ehtiyacı var. Azərbaycanda süni intellekt və inkişaf etməkdə olan texnologiyalar sahəsində təsirli addımlar atılır. Ölkəmizin rəqəmsallaşma və innovasiyalara sadiqliyi onu texnoloji tərəqqi uğrunda qlobal yarışın önünə çıxarıb.

Rəsm çəkən robot avtomobili də idarə edir

Texnologiya sürətlə inkişaf etdikcə, özü ilə bizi təəccübləndirən bir çox yeniliklər gətirir. Haqqında çox danışılan, lakin gördüyü işlərlə bağlı konkret məzmunu çox az olan süni intellektin ən son məhsullarından biri rəssamlıq proqramlarıdır. Əsas işi kompüterlər üçün qrafik kartları istehsal etmək olan “Nvidia” müəyyən mənada süni intellekt sahəsində çalışır. Onların ən son məhsullarından biri "Canvas"dır. Bu proqramda istifadəçi panelindən istifadə edərək dağ, su, ot, bulud kimi istənilən variantı seçir və sonra boş səhifəni həmin materialla rəngləmək mümkündür. Süni intellekt əsl foto yarada bilir və prosesə uyğun olaraq fotoşəkilləri təqdim edir. "DALL-E" adlı başqa bir proqram isə vebəsaslıdır. İnsan tərtib edilən səhnəni sözlərlə beynində yazır, qalan məsələni süni intellekt həll edir.

Süni intellektin birbaşa istifadəçi təcrübəsini təmin etdiyi bu proqramlar yeni nəsil texnologiyanın hansı mərhələyə gəldiyini göstərir. Sürətlə inkişaf edən, irəlilədikcə bir sıra elementləri aradan qaldıran süni intellekt həm də rahatlıq gətirir. Belə ki, rəsm çəkə bilmək üçün istedad və ya təlimə ehtiyacı nəzərə almayan proqramlar var.

Süni intellektdən istifadə etməklə artıq sürücüsüz idarə olunan avtomobillər yaradılır. Beş ölkədə süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyət göstərən "Google” şirkətinin yaratdığı pilotsuz avtomobillər ABŞ yollarında sınaqlardan da keçirilib. Bu ağıllı avtomobillər xeyli məsafə qət edərək, bir dəfə də olsun, yol hərəkəti qaydasını pozmayıb və qəzaya uğramayıb.

Robotlar ictimai asayişi qoruyan polisləri də əvəz edə bilirlər. Belə bir təcrübədən Dubayda istifadə olunur. Robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turistlərin ziyarət etdiyi yerlərə nəzarət edirlər. Süni intellekt elektrik enerjisinin oğurlanmasına da qarşı mübarizə aparır. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq 2020-ci ildə Braziliyada uğurla sınaqdan keçirilib.

London Universitetinin Energetika İnstitutunun mütəxəssisi Pol Ruysveltin sözlərinə görə, süni intellektin hətta 10 faiz elektrik enerjisi oğurlayan insanları dəqiqliklə müəyyənləşdirməsi xüsusilə maraq doğurur. Bununla yanaşı, alqoritmdən həmişə istifadə etmək mümkün olmur. Məsələn, yanaşı binalar üçün müxtəlif səviyyəli elektrik enerjisindən istifadə daha məqsədəuyğundur.

Dünyada ən ciddi problemlərdən biri fərdi məlumatların məxfiliyi problemidir

Mövzu ilə bağlı AZƏRTAC-ın sorğusunu cavablandıran AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ramiz Alıquliyev bildirib ki, Azərbaycanda süni intellektlə bağlı tədqiqatlar hələ keçən əsrin 70-ci illərindən etibarən başlayıb. Həmin dövrdə ondan əsasən neft və qaz sənayesində, həmçinin tibb və ekspertiza sahəsində qeyri-informasiya şəraitində qərarların qəbulunda, obrazların tanınmasında istifadə olunub.

“Son 50 il ərzində ölkəmizdə bu sahədə xeyli iş görülüb. Həm kadr hazırlığı, elmi-tədqiqat və praktiki cəhətdən geniş spektrdə tədqiqat işləri aparılıb. Elmin nəzəri əsaslarının inkişaf etdirilməsi sahəsində də mühüm nəticələr əldə olunub. Hazırda ali təhsil məktəblərimizdə süni intellekt üzrə ixtisaslı kadrlar hazırlanır.

Azərbaycanda süni intellekt sahəsində təbii dilin emalı, natamam informasiya şəraitində qərarların qəbul edilməsi, qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan sistemlərin yaradılması, tibbi sahədə ekspert sistemlərinin formalaşdırılması, o cümlədən müxtəlif Chatpot və tərcümə proqramlarının hazırlanması, nitqin dilə çevrilməsi kimi praktik işlər çox geniş yayılıb.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bu sahə üzrə çoxspektrli tədqiqatlar aparılır. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından, ümumiyyətlə, müasir texnologiyalardan geniş istifadə olunur. Bütün bunların əsasında süni intellekt dayanır”, - deyə AMEA-nın işçisi qeyd edib.

Süni intellektin bəşəriyyətə faydası və ziyanı məsələsinə münasibət bildirən Ramiz Əliquluyev bununla bağlı texnologiyaların insan əməyini yüngülləşdirmək məqsədilə icad edildiyini xatırladıb: “Yəni ,əgər bu icad mənfi nəticələr verirsə, yenə də bu, onu icad edən insanın düşüncəsi, əməli ilə bağlıdır. İlk mənfi cəhət odur ki, süni intellekt texnologiyası əmək bazarına mənfi təsir edir və işsizliyə səbəb olur. Mənim şəxsi fikrim isə belədir ki, reallıqda texnologiya sistemi nə qədər sürətlə inkişaf edirsə, iş yerləri bir o qədər artır.

Digər mənfi cəhətlərdən biri də budur ki, şəffaflığın olmaması problemlərə yol aça bilər. Bu texnologiyalarda giriş və çıxış var. Giriş və çıxış arasında hansı proseslərin baş verməsi qara qutu kimi bir sistemdir. Xüsusilə, bu, özünü tibb sahəsində göstərir. Aralıq nəticələr görünməlidir”.

Süni intellektdən bir addım öndə

Proqnozlara görə, 2030-cu ilədək dünyada işləyən əhalinin üçdəbiri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq. Təbii ki, süni intellekti inkişaf etdirmək istəyənlər etik prinsipləri və insanların təhlükəsizliyini ön planda tutaraq hərəkət etməlidirlər. Süni intellekt proqramlarını danışa və hərəkət edə bilən robot kimi hər gün qarşımızda görməsək də, gündəlik həyatımızda həmin texnologiyadan istifadə edirik.

Məşhur nəzəriyyəçi-fizik Stiven Hokinq hesab edir ki, süni intellekt "insan irqinin sonunu gətirə bilər. Elon Mask və bu sahədə çalışan bir neçə böyük alim də eyni fikirdədir. "Skype” proqramının yaradıcılarından Yaan Tallinn isə belə nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi partlayışa və ya onun insan nəzarətindən çıxmasına səbəb ola bilər. Bu isə bütövlükdə bəşəriyyəti böyük təhlükə altında qoya bilər. Belə ki, ultraağıllı süni intellektlər, təkamül-inkişaf nərdivanında bəşər övladının yerini tutacaq və biz qəfəsdə olan meymuna necə baxırıqsa, onlar, yəni, süni intellekt də bizə o gözlə baxacaq.

Bəli, insan yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları, duyğuları, ən əsası, ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə bir addım öndədir.

Süni intellektlə bağlı maraqlı faktlar

• 2030-cu ilədək süni intellekt sahəsində Çinin gəliri hər il təxminən 60 milyard dollar təşkil edəcək.

• 2030-cu ilədək süni intellekt səbəbindən dünyada işləyən əhalinin üçdəbiri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq.

• “Google” şirkətinin Nyu-Yorkda, Torontoda, London və Sürixdən sonra Pekində də süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyətə başlayıb.

• Süni intellektlərin istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur.

• 1997-ci ildə Deep Blue adlı kompüter məşhur şahmat çempionu Harri Kasparovu məğlub edib.

• Yaponiya tədqiqatçıları 2015-ci ildə özü özünü bərpa edən robot düzəldiblər. Belə ki, həmin robot iki ayağı belə olmayanda özünü bərpa edə bilir.

• 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanlarına ciddi rəqib olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub

Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Avropa Kuboku: “Kür” komandası İtaliyanın “Jomi Salerno” klubu ilə cavab oyununa çıxıb

DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi

TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub VİDEO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib VİDEO

Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib

Ulu Öndər Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı olub

Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər

DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək

İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabah Bakıda və bölgələrdə yağış yağacaq

FHN-nin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib VİDEO

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO  YENİLƏNİB

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir

Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Fransa, Almaniya və Avropa İttifaqının ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir - ŞƏRH

Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışa start verilib

Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək

Karyerasını bitirən Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri ölkəmizə səfər ediblər

T.S.Süleymanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Nazirlər Kabinetinin geniş iclası keçirilib

Ağdamdan Xankəndiyə yanacaq göndərilib VİDEO

Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında Memorandum imzalanıb

Deputat: Azərbaycanın irəli sürdüyü təkliflər regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib

Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır