CƏMİYYƏT
FHN: Nəsimi rayonunda yaşayış evində baş verən yanğın söndürülüb




Bakı, 14 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 25.09.2023 [17:01]
Oxşar talelər
- 25.09.2023 [16:09]
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
- 25.09.2023 [16:02]
Azərbaycanın və Gürcüstanın dini məsələlər üzrə qurumları əməkdaşlıq edəcək
- 25.09.2023 [15:57]
Edinburq sakinləri Ermənistanın mina terror barədə məlumatlandırılıb
- 25.09.2023 [15:51]