İDMAN


Azərbaycan güləşçiləri London Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə test turnirində iştirak edəcəklər

Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-11-də Londonda 30-cu Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə FİLA Hakimlər Kollegiyasının iclası və test yarışları keçiriləcəkdir.

Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a bildirmişlər ki, Hakimlər Kollegiyasının iclasında ölkəmizi AGF-nin baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov və olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcəklər.

Sərbəst, yunan-Roma və qadın güləş növləri üzrə keçiriləcək test yarışlarında 8 idmançımız mübarizə aparacaqdır. Turnirdə qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq) yarışacaqlar. Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidovun rəhbərliyi altında Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (84 kq) birincilik uğrunda mübarizə aparacaqlar. Yunan-Roma güləşi yığmasının məşqçisi Mutaalib Yerlikayanın başçılığı altında isə Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) xalça üzərinə çıxacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.