İDMAN


27 FEVRAL

2004-cü il. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və Milli Ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə təsis edilib.

 

2009-cu il. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) filialının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması barədə Sərəncam Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il yanvarın 15-də imzalanıb. Burada tədris prosesi MDU-nun proqramları əsasında qurulub. Məşğələlər, əsasən, dünyada ən nüfuzlu ali məktəblərdən biri olan bu universitetin professor-müəllim heyəti tərəfindən aparılır.
1700-cü il. İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni Britaniya adasını kəşf edib.
1800-cü il. İtalyan fizik Alessandro Volta elektrik batareyasını kəşf edib. O, Lui Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]
24.02.2017 [09:00]