REGİONLAR


27 illik həsrət sona çatdı: Ağdam rayonunda bayram coşqusu

Ağdam, 21 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu tarixi hadisə xalqımız tərəfindən böyük sevinc hissi ilə qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun işğaldan azad edilməsi ağdamlılar tərəfindən böyük coşqu ilə qeyd edilib. Doğma rayonlarının 27 ildən sonra işğaldan azad edilməsinə sevinən ağdamlılar səhər saatlarından rayonun işğal altında olmayan ərazilərində küçələrə çıxıb, şanlı qələbənin sevincini yaşayıblar. Rayon sakinləri Vətən müharibəsində şanlı zəfəri Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırmaqla, üçrəngli Bayrağımızı dalğalandırmaqla qeyd edib, müxtəlif şüarlar səsləndiriblər.

Axşam saatlarında Ağdamın işğaldan azad edilməsi münasibətilə qurbanlar kəsilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.