CƏMİYYƏT


27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da 27 saylı Sabunçu ikinci dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar davam edir.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Nadir Əjdərov dairə üzrə 39 seçki məntəqəsinin olduğunu deyib. Bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 51 min 605 nəfərdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmirlidir. Məntəqələrdə veb-kameralar quraşdırılacaq.

Kursların ikinci günündə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyev, MSK-nın katibliyinin böyük məsləhətçisi Ülviyyə Yusifova, Sabunçu rayon prokurorunun böyük köməkçisi Səbuhi Əsədli çıxış edərək seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması mövzusunda məruzə ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü Ş.Əliyev “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.