SİYASƏT


27 sentyabr – Anım Günü Türkiyənin İğdır şəhərində də qeyd olunub VİDEO

Ankara, 27 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü Türkiyənin İğdır şəhərində də qeyd olunub.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mərasimdə İğdır valisi Hüsyen Engin Sarıibrahim, vilayətin polis rəisi Oğuzhan Yonca, Türkiyənin Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yerli şöbələrinin rəhbərləri, şəhər ictimaiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.

Azərbaycanın Qars şəhərindəki Baş konsulluğunun əməkdaşı Elnur Salayev və TADDF-ın sədr müavini, tanınmış publisist Sərdar Ünsal böyük Zəfərin qazanılmasından danışaraq müharibənin ilk anlarından Türkiyə dövlətinin göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndiriblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında göstərdiyi şücaət Azərbaycan xalqının qürur mənbəyi kimi dəyərləndirilib. Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək əsl qardaşlıq nümunəsi kimi göstərilib.

Akasiya iştirakçıları adından 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatın mətni oxunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.