Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Bakı, 17 noyabr, AZƏRTAC

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

AZƏRTAC xatırladır ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı. Cari il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi ilə nəticələndi, dövlətimizin suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu. Bu, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəridir.

Eyni zamanda, bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Artıq regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaş olan Azərbaycan yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alyaskada itmiş təyyarədə olan 10 nəfərin hamısı ölüb YENİLƏNİB

Şolts: NATO-nun Qrenlandiyada mövcudluğu artırılmalıdır

Məşhur avtomobil istehsalçısı “Porsche” böhranla üzləşib

Tramp Putinlə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb

Böyük Britaniyada diabet xəstələrinin sayı rekord həddə çatıb

Yaponiyalı mütəxəssis: Egey dənizindəki seysmik aktiv bölgədə 7,5 bal gücündə zəlzələ ola bilər

Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək

Bundesliqa: “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir

“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər

Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər

Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı

Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb

İtaliya sahillərində güclü zəlzələ olub

Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib

İsrail fevralın 8-də 183 fələstinli məhbusu azad edəcək

Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib

Tramp gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır

“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib

Şəkidə fərdi yaşayış evində yanğın baş verib

İsveç hökuməti odlu silahlara lisenziya verilməsi qaydalarının sərtləşdirilməsini təklif edir

® Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

USAID-in taleyi: Konqresdə böyük mübarizə gözlənilir - ŞƏRH

Azərbaycan və Karib Ölkələri Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Britaniyada “TikTok” məhkəməyə verilib

Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb

® “Unibank” işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər

Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı açıqlanıb

“DeepSeek” xidmətinin istifadəsinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib VİDEO

Ərdoğan: 2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik

Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Serbiya-Macarıstan neft kəmərinin tikintisinə ilin sonu başlanacaq

Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə əsas prioritetləri müzakirə olunub

® “Biznes proseslərində güvən, sürət və innovasiya” adlı innovativ rəqəmsallaşma həlləri mövzusunda konfrans keçirilib

XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirilib

Britaniya hökuməti “Apple” istifadəçilərinin şifrələnmiş məlumatlarına giriş tələb edib

Almaniyada ixracın və sənaye istehsalının həcmi azalıb

Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanda kosmik hava fəaliyyətləri barədə məlumatlandırılıb

Mirsalam Qənbərov: Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zamanı ətraf mühit normalarına diqqət yetirilməlidir

Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan sərgi açılıb

Qəbələnin iki kəndində həkim məntəqəsi əsaslı təmir olunub

Andras Laszlo: USAID və ona bağlı fondlar bir çox ölkələrin siyasətinə müdaxilə edib

Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İlon Maskın AfD-yə dəstəyindən sonra Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb

BSU-da müasir avadanlıqlarla təchiz olunmuş mərkəz və laboratoriyalar tələbələrin istifadəsinə verilib

Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti - humanitar proqramlar və QHT-lər

Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb

Bakının bir sıra ərazisində su və kanalizasiya xətləri dəyişdirilib

AKİA sədri Füzulidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik

Ukrayna ilk dəfə Avropa İttifaqına biometan ixrac edib

İşğaldan azad olunan ərazilərdə hazırda tikintisi davam edən yarımstansiyalar açıqlanıb

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub

Mobil bulud hesablamalarının optimal sintezi istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunub

“Azərişıq”: Son 10 ildə enerji yığımı 80 faizdən 97,5 faizə yüksəlib

Baş prokuror Zərdabda vətəndaşları qəbul edib

“Xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq” - Qərbi azərbaycanlı acı xatirələrini danışır

AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Daxili işlər naziri Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirib

Dünya futbolunda qış transfer rekordu yenilənib

® “Coca-Cola” İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam etdirilir

Komitə sədri Bahar Muradova Yevlaxda vətəndaş qəbulu keçirəcək

ETSN yağıntılı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Britaniyada mobil telefon oğurluqları iki dəfə artıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

San-Pauluda təyyarə avtomobillərlə toqquşub, ölənlər var - YENİLƏNİB

Azərbaycan Parlament Sədrlərinin 6-cı Dünya Konfransında təmsil olunacaq

AzMİU tələbələri xaricdə təhsil və karyera imkanları barədə məlumatlandırılıb

Maya Sandu: Dnestryanı bölgə sanksiyaların pozulmayacağı təqdirdə Rusiyadan qaz ala bilər

Mirsalam Qənbərov: Məqsədimiz həyata keçirilən layihələrin icrası zamanı ekoloji normaların gözlənilməsinə nail olmaqdır

Fici adalarında 6 bal gücündə zəlzələ olub

“Azərişıq” azad olunan ərazilərdə həyata keçirdiyi layihələri açıqlayıb

Nərimanov rayonunda yolun təhsil müəssisəsinin ərazisindən keçən hissəsində mövcud olan 50 ağac köçürülüb

Bu il cənub bölgəsində 4 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır

Bakıda “Rəqəmsal məktəb” platforması istifadəyə verilib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Serxio Ramos Meksika klubuna keçib - RƏSMİ

BSU-nun beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri təhlil edilib

Dövlət orqanlarında 88 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

“Bank Respublika” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlayıb

BƏƏ ötən il Rusiyaya turist axını edən ölkələr sırasında üçüncü yerdədir

Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Məmmədov Yevlaxda dəfn edilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə nazirini kollektivə təqdim edib

Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb

Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitləri Azərbaycan dilinə tərcümə edilib

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edir

A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

“SBI Markets”: Azərbaycan müsbət investisiya mühiti nümayiş etdirir – MÜSAHİBƏ

Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb